https://sputnik.az/20230222/mudafie-nazirliyi-1-il-erzinde-icbari-sexsi-sigorta-haqqinin-odenilmesini-temin-edecek-452045275.html
Müdafiə Nazirliyi 1 il ərzində icbari şəxsi sığorta haqqının ödənilməsini təmin edəcək
Müdafiə Nazirliyi 1 il ərzində icbari şəxsi sığorta haqqının ödənilməsini təmin edəcək
Sputnik Azərbaycan
Müdafiə Nazirliyi barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək... 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T20:22+0400
2023-02-22T20:22+0400
2023-02-22T20:22+0400
müdafiə nazirliyi
cəmiyyət
dsmf
dövlət sosial müdafiə fondu
əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_0:94:1800:1107_1920x0_80_0_0_142f709a55b184b1aecc69cb951d089a.jpg
BAKI, 22 fevral — Sputnik. Müdafiə Nazirliyi dövlət icbari şəxsi sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək ümumi say tərkibinə uyğun olaraq ödənilməsini təmin etməlidir. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması qaydası"nda əksini tapıb. Müdafiə Nazirliyi barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin sığorta haqları on bir min manat sığorta məbləğinin 1 faizi miqdarındadır. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə tam həcmdə ödənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_100:0:1700:1200_1920x0_80_0_0_208a5acbf8f46e29a125ffc7fc206d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, dsmf, dövlət sosial müdafiə fondu, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
müdafiə nazirliyi, dsmf, dövlət sosial müdafiə fondu, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
Müdafiə Nazirliyi 1 il ərzində icbari şəxsi sığorta haqqının ödənilməsini təmin edəcək
Müdafiə Nazirliyi barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir.
BAKI, 22 fevral — Sputnik. Müdafiə Nazirliyi dövlət icbari şəxsi sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək ümumi say tərkibinə uyğun olaraq ödənilməsini təmin etməlidir.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması qaydası"nda əksini tapıb.
Müdafiə Nazirliyi barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir.
Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin sığorta haqları on bir min manat sığorta məbləğinin 1 faizi miqdarındadır.
Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.
Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə tam həcmdə ödənilir.