https://sputnik.az/20230222/merkezi-bank-dayaniqli-maliyye-uzre-yol-xeritesini-tesdiq-edib-452029416.html
Mərkəzi Bank Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq edib
Mərkəzi Bank Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq edib
Sputnik Azərbaycan
Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ekoloji, sosial və idarəetmə amillərindən yaranan risklərə qarşı dayanıqlığının... 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T12:43+0400
2023-02-22T12:43+0400
2023-02-22T13:43+0400
iqtisadiyyat
mərkəzi bank
mərkəzi bank
xəritə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 22 fevral — Sputnik. Mərkəzi Bank (AMB) Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq edib. Maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiqlənib. Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ (ekoloji, sosial və idarəetmə) amillərindən yaranan risklərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallallaşdırılmasıdır. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb və iqlim dəyişmələri və ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının formalaşdırılması və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir. Ümumilikdə, yol xəritəsinin reallaşdırılması ölkədə sağlam, dayanıqlı və effektiv maliyyə sektorunun formalaşdırılmasına xidmət edəcək. Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi Qeyd edək ki, sənədə əsasən, ekoloji, sosial və iqtisadi faktorlar arasında düzgün balansın qorunması iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası istixana qazlarının emissiyasının azaldılması üzrə beynəlxalq təşəbbüslərdə aktiv iştirak etməklə qeyd edilən faktorları ölkənin iqtisadi inkişaf strategyasına inteqrasiya edib. Bununla bağlı, "Azərbaycan 2030 – Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri" və "2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası" qəbul edilib. Azərbaycan hökumətinin dayanıqlı inkişaf üzrə islahatlar gündəliyi təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadənin təşviqinə, çirklənmiş ərazilərin təkrar emalına və reabilitasiyasına yönəlib. Ümumilikdə, təmiz ətraf mühit və "yaşıl inkişaf" ölkəsinə çevrilmək milli prioritetlərin əsasını təşkil edir. Sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi və iqtisadiyyatın əsas sahələri üzrə müəyyən edilmiş milli prioritetlərin reallaşdırılması üçün ESİ prinsiplərinə söykənən maliyyə axınlarının təmin edilməsi zəruridir. Maliyyə sisteminin dayanıqlı iqtisadiyyata keçidin dəstəklənməsində rolu müstəsnadır. Bu xüsusda, ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinə uyğunlaşdırılmasının dəstəkənməsi məqsədilə AMB maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyasını özünün strateji prioritetləri sırasına daxil edib. AMB ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsini dəstəkləyir və bu məqsədlə Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi hazırlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank, mərkəzi bank, xəritə
mərkəzi bank, mərkəzi bank, xəritə
Mərkəzi Bank Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq edib
12:43 22.02.2023 (Yenilənib: 13:43 22.02.2023) Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ekoloji, sosial və idarəetmə amillərindən yaranan risklərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallallaşdırılmasıdır.
BAKI, 22 fevral — Sputnik. Mərkəzi Bank (AMB) Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini təsdiq edib.
Maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiqlənib.
Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ (ekoloji, sosial və idarəetmə) amillərindən yaranan risklərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallallaşdırılmasıdır.
Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb və iqlim dəyişmələri və ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının formalaşdırılması və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir.
Ümumilikdə, yol xəritəsinin reallaşdırılması ölkədə sağlam, dayanıqlı və effektiv maliyyə sektorunun formalaşdırılmasına xidmət edəcək.
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
Qeyd edək ki, sənədə əsasən, ekoloji, sosial və iqtisadi faktorlar arasında düzgün balansın qorunması iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası istixana qazlarının emissiyasının azaldılması üzrə beynəlxalq təşəbbüslərdə aktiv iştirak etməklə qeyd edilən faktorları ölkənin iqtisadi inkişaf strategyasına inteqrasiya edib. Bununla bağlı, "Azərbaycan 2030 – Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri" və "2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası" qəbul edilib.
Azərbaycan hökumətinin dayanıqlı inkişaf üzrə islahatlar gündəliyi təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadənin təşviqinə, çirklənmiş ərazilərin təkrar emalına və reabilitasiyasına yönəlib. Ümumilikdə, təmiz ətraf mühit və "yaşıl inkişaf" ölkəsinə çevrilmək milli prioritetlərin əsasını təşkil edir.
Sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi və iqtisadiyyatın əsas sahələri üzrə müəyyən edilmiş milli prioritetlərin reallaşdırılması üçün ESİ prinsiplərinə söykənən maliyyə axınlarının təmin edilməsi zəruridir. Maliyyə sisteminin dayanıqlı iqtisadiyyata keçidin dəstəklənməsində rolu müstəsnadır. Bu xüsusda, ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinə uyğunlaşdırılmasının dəstəkənməsi məqsədilə AMB maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyasını özünün strateji prioritetləri sırasına daxil edib.
AMB ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsini dəstəkləyir və bu məqsədlə Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi hazırlanıb.