https://sputnik.az/20230222/dovlet-icbari-sexsi-sigorta-odenisinin-verilmesi-qaydasi-tesdiq-edilib-452035686.html
“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilib
“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilib
Sputnik Azərbaycan
Bu Qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ... 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T15:33+0400
2023-02-22T15:33+0400
2023-02-22T15:40+0400
iqtisadiyyat
icbari sığorta
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189115_0:0:2000:1125_1920x0_80_0_0_765779e7ce2869b6d7cefc287c9eb11f.jpg
BAKI, 22 fevral — Sputnik. "Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası" təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu Qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi qaydasını müəyyən edir. Qərara əsasən, sığorta ödənişi almaq hüququna Milli Məclisin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. Sığorta ödənişi baş vermiş sığorta hadisəsinə uyğun olaraq ("Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş sığortaolunanlara münasibətdə, həmçinin bu bəndin ikinci cümləsi nəzərə alınmaqla) qanunlarla müəyyən edilmiş faiz nisbətində olan məbləğlərdə ödənilir. Sığorta ödənişi "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş sığortaolunanların müvafiq olaraq dövlət icbari şəxsi sığorta haqqının hesablandığı sonuncu əməkhaqqına (vəzifə maaşına) uyğun olaraq həyata keçirilir. Qeyd edək ki, sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər (müraciətlərin qəbulu, sığorta ödənişi almaq hüququ olan şəxslər barədə məlumatların yoxlanılması, sığorta ödənişinin təyin edilməsi və s.) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) vasitəsilə göstərilir. Sığorta ödənişi almaq hüququ olan şəxslər Fondun müvafiq struktur bölmələrinə və nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə müraciət edirlər. Sığorta ödənişinin ödənilməsi Sığorta ödənişi Fond tərəfindən açılan hesaba və ya mövcud olduğu halda sığorta ödənişi almaq hüququ olan şəxsin bank hesabına nağdsız qaydada ödənilir və bu barədə həmin gün əks-əlaqə vasitəsilə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189115_136:0:1909:1330_1920x0_80_0_0_1fb8b00a4bdf140b44e2ec506482d8dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
icbari sığorta, əli əsədov
icbari sığorta, əli əsədov
“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilib
15:33 22.02.2023 (Yenilənib: 15:40 22.02.2023) Bu Qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi qaydasını müəyyən edir.
BAKI, 22 fevral — Sputnik. "Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası" təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi qaydasını müəyyən edir.
Qərara əsasən, sığorta ödənişi almaq hüququna Milli Məclisin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər.
Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
Sığorta ödənişi baş vermiş sığorta hadisəsinə uyğun olaraq ("Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş sığortaolunanlara münasibətdə, həmçinin bu bəndin ikinci cümləsi nəzərə alınmaqla) qanunlarla müəyyən edilmiş faiz nisbətində olan məbləğlərdə ödənilir. Sığorta ödənişi "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş sığortaolunanların müvafiq olaraq dövlət icbari şəxsi sığorta haqqının hesablandığı sonuncu əməkhaqqına (vəzifə maaşına) uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər (müraciətlərin qəbulu, sığorta ödənişi almaq hüququ olan şəxslər barədə məlumatların yoxlanılması, sığorta ödənişinin təyin edilməsi və s.) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) vasitəsilə göstərilir.
Sığorta ödənişi almaq hüququ olan şəxslər Fondun müvafiq struktur bölmələrinə və nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə müraciət edirlər.
Sığorta ödənişinin ödənilməsi
Sığorta ödənişi Fond tərəfindən açılan hesaba və ya mövcud olduğu halda sığorta ödənişi almaq hüququ olan şəxsin bank hesabına nağdsız qaydada ödənilir və bu barədə həmin gün əks-əlaqə vasitəsilə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir.