DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin gələn aydan Azərbaycana birbaşa uçuşları bərpa edəcək

© AFP 2024 / STRChina Southern Airlines şirkətinin təyyarəsi
China Southern Airlines şirkətinin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Səfirlik qeyd edib ki, son üç ildə koronavirus pandemiyasının təsiri ilə əlaqədar Çin və Azərbaycan arasında uçuşlar azaldılıb, müntəzəm birbaşa uçuşlar isə müvəqqəti olaraq dayandırılmışdı.
BAKI, 22 fevral — Sputnik. Çinin Quançjou şəhəri (Urumçi vasitəsilə) ilə Bakı arasında gediş-gəliş mart ayında rəsmi olaraq bərpa olunacaq.
Çinin Azərbaycandakı səfirliyindən bildirilib ki, "China Southern Airlines" şirkətinin yaydığı məlumata görə, martın 13 və 20-də hər iki tərəfə yalnız bir reys həyata keçiriləcək. Martın 26-dan etibarən isə həftədə iki reysin (çərşənbə/bazar) bərpası planlaşdırılır.
Səfirlik qeyd edib ki, son üç ildə koronavirus (COVID-19) pandemiyasının təsiri ilə əlaqədar Çin və Azərbaycan arasında uçuşlar azaldılıb, müntəzəm birbaşa uçuşlar isə müvəqqəti olaraq dayandırılıb. 2023-cü ilin əvvəlində Çin yeni növ koronavirus epidemiyasının qarşısının alınmasında və ona qarşı mübarizədə böyük və qətiyyətli qələbə qazandığından, xarici əməkdaşlığı həyata keçirmək və əlaqələri bərpa etmək, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin səlahiyyətli mülki aviasiya orqanları ilə fəal əlaqə saxlamaq və Çin ilə digər ölkələr arasında birbaşa uçuşların sürətlə bərpasına kömək üçün əlindən gələni edir.
Bildirilib ki, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Birbaşa uçuşların pandemiyadan əvvəlki səviyyələrə qaytarılması Çinin iki tərəf arasında kadr mübadiləsinin daha da asanlaşdırılmasına və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə müsbət münasibətini tam nümayiş etdirir. Çin Azərbaycanın müxtəlif sahələrdə fəaliyyət göstərən qurumlarını, müəssisələrini və ayrı-ayrı şəxslərin Çinə səfər etmələrini, bu ölkədə təhsil almalarını, sərgilərə qatılmalarını və işgüzar danışıqlar aparmalarını səmimiyyətlə qarşılayır.
"Çin Azərbaycanla "Kəmər və Yol Təşəbbüsü" tikintisinin ikinci onilliyinin daha yüksək səviyyəyə keçməsi üçün iki ölkə və onların xalqları arasında dostluq və qarşılıqlı faydalı münasibətləri gücləndirmək üçün əməkdaşlıq etməyə hazırdır", - deyə səfirliyin məlumatında vurğulanıb.
Xəbər lenti
0