Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bölgələrdə həkim problemi: USM, rentgen mütəxəssisi xəstəyə diaqnoz qoyur və müalicə yazır

© AP Photo / Javier GaleanoUSM
USM - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Pərvanə Vəliyeva bildirib ki, USM, rentgen həkiminin şəxsə vərəm diaqnozu qoyaraq dərmanlar yazdığının şahidi olub.
BAKI, 22 fevral — Sputnik. Vərəmli xəstələrin müalicəsində kadr çatışmazlığı problemi aktual olaraq qalır. Hazırda rayonlarda bu xəstələrlə işləyə biləcək kadrların çatışmazlığı mövcuddur.
Bunu Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O qeyd edib ki, rayonlarda çalışan həkimlərin əksəriyyətinin yaşı çoxdur. Əksəriyyəti də pulmonoloq, yaxud da ftiziatr yox, sadəcə terapevtdir.
"Təəssüflər olsun ki, xəstələr əksər hallarda diaqnozu düzgün qoymayan həkimlərin əlinə düşürlər. Çox vaxt USM, rentgen həkiminin şəxsə vərəm diaqnozu qoyaraq dərmanlar yazdığının şahidi olmuşuq. Nəticədə şəxs dərmana davamlı vərəm xəstəsinə çevrilir", - deyə ekspert bildirib.
P.Vəliyeva deyib ki, 5 yaşadək uşaqlar, diabet xəstələri, onkoloji xəstələr, orqan köçürülmə əməliyyatı icra olunan xəstələr, keçmiş məhkumlar, qaçqın və məcburi köçkünlər, miqrantlar əsas risk qrupundadır:
"Bundan başqa, QİÇS xəstələri, narkomanlar, alkoqol aludəçiliyi olanlar da risk qrupudur. Ümumiyyətlə, bu qruplar SSRİ dövründə də əsas risk qrupları hesab edilirdi və mütəmadi olaraq yoxlanılırdı. Hazırda isə bu istiqamətdə yoxlanışlar aparılmadığı üçün vərəmin yayılması qaçılmazdır".
Qeyd edək ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun məlumatına görə, ötən il ölkədə cəmi 5320 vərəm xəstəsi qeydiyyata alınıb, onlardan 2939 nəfəri həyatında ilk dəfə vərəmlə xəstələnənlərdir. 2381 xəstə isə təkrar olaraq xəstə kimi qeydiyyata alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı açıqladığı Qlobal Hesabata görə, 2021-ci ildə vərəmlə xəstələnmə halı 10 milyon 600 min olub.
Dünya üzrə 2019-cu ildə açıqlanan hədəflərə görə, 2022-ci ilədək vərəmə son qoymaq üçün illik olaraq 13 milyard dollar vəsaitin lazım olduğu açıqlanır. 2019-cu ildə 6 milyard, 2021-ci ildə 5.4 milyard dollar vəsait ayrılıb. Bu da hədəfdən çox azdır.
2021-ci ildə dünyada vərəm xəstələriin 57 faizini kişilər, 33 faizini qadınlar, 11 faizini isə uşaqlar təşkil edib.
Xəbər lenti
0