NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Azəri-Çıraq-Günəşli"dən indiyədək 570 milyon ton neft hasil edilib

© Photo : BPAzəri-Çıraq-Günəşli
Azəri-Çıraq-Günəşli - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Yusifzadə vurğulayıb ki, bu yataqlardan hasil edilmiş neftin 60 %-i və ya 345 milyon tonu Azərbaycanın "mənfəət" nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib.
BAKI, 22 fevral — Sputnik. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yatağından indiyədək 570 milyon ton neft, 205 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir" adlı tədbirdə çıxışı zamanı qeyd edib.
X.Yusifzadə vurğulayıb ki, bu yataqlardan hasil edilmiş neftin 60 %-i və ya 345 milyon tonu Azərbaycanın "mənfəət" nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib.
SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, "Əsrin müqaviləsi" Heydər Əliyevin birinci şah əsəridir: "Əsrin müqaviləsi"nin imzalanması ilə bütün ölkələr, bütün dövlətlər bildilər ki, Azərbaycan stabil ölkədir. Burda iş aparmaq olar. Heç də təsadüfi deyil ki, bu müqavilədən sonra 35 müqaviləyə imza atılıb. "Əsrin müqaviləsi" həmçinin iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir. 1997-ci ildə Azərbaycanda illik neft istehsalı 9 milyon ton idisə, "Əsrin müqaviləsi"nin həyata keçirilməsi ilə neft hasilatı 2010-cu ildə 5,6 dəfə artaraq 51 milyon tona çatıb".
Ulu Öndərin rəhbərliyinin birinci dövrünə qədər ölkəmizdə böhran vəziyyətinin hökm sürdüyünü qeyd edən Xoşbəxt Yusifzadə 1969-1982-ci illərdə Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesinin də inkişafı üçün əsaslı addımlar atıldığını, bunun nəticəsi olaraq respublikanın neft ehtiyatlarının iki, qaz ehtiyatlarının isə üç dəfə artırıldığını bildirib.
Xəbər lenti
0