https://sputnik.az/20230221/ukrayna-qerbin-ved-etdiyi-maliyye-yardiminin-yaridan-azini-alib-451990709.html
Ukrayna Qərbin vəd etdiyi maliyyə yardımının yarıdan azını alıb
Ukrayna Qərbin vəd etdiyi maliyyə yardımının yarıdan azını alıb
Sputnik Azərbaycan
2022-ci ilin dekabrına qədər Kiyevə vəd edilən 64 milyard avro əvəzinə cəmi 31 milyard avro köçürülüb. 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T19:05+0400
2023-02-21T19:05+0400
2023-02-21T18:46+0400
qərb
dünya xəbərləri
ukrayna
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439863869_0:0:3073:1728_1920x0_80_0_0_baa73404ab0bc30a972699b2982f56d4.jpg
BAKI, 22 fevral — Sputnik. Xüsusi hərbi əməliyyat başladıqdan sonra Qərb ölkələrinin Ukraynaya vəd etdiyi maliyyə yardımının yarısından az hissəsi Ukraynaya köçürülüb. "Financial Times" qəzeti dünya iqtisadiyyatı üzrə Kiel institutunun məlumatlarına istinadən bu barədə yazıb. Nəşrin məlumatına görə, Qərbin Ukraynaya vəd etdiyi yardımın ümumi məbləği 64 milyard avro təşkil edib. 2022-ci ilin dekabrına qədər isə Kiyevə cəmi 31 milyard avro köçürülüb. Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Timofey Milovanov Qərbin ödənişlərindəki qeyri-sabitlik və gecikmələrdən danışıb. O qeyd edib ki, maliyyə yardımının alınması ilə bağlı ən böyük problemlər ötən ilin yayında müşahidə olunub. Milovanov bu il ödənişlərlə bağlı vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib. Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Kiyevə maliyyə yardımının davam etdirilməsinin Ukrayna münaqişəsinin uzanmasına töhfə verdiyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439863869_151:0:2882:2048_1920x0_80_0_0_ed8c53f43752acb7d929d72fb0f156a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qərb, ukrayna, donald tramp
qərb, ukrayna, donald tramp
Ukrayna Qərbin vəd etdiyi maliyyə yardımının yarıdan azını alıb
2022-ci ilin dekabrına qədər Kiyevə vəd edilən 64 milyard avro əvəzinə cəmi 31 milyard avro köçürülüb.
BAKI, 22 fevral — Sputnik. Xüsusi hərbi əməliyyat başladıqdan sonra Qərb ölkələrinin Ukraynaya vəd etdiyi maliyyə yardımının yarısından az hissəsi Ukraynaya köçürülüb.
"Financial Times" qəzeti dünya iqtisadiyyatı üzrə Kiel institutunun məlumatlarına istinadən bu barədə yazıb.
Nəşrin məlumatına görə, Qərbin Ukraynaya vəd etdiyi yardımın ümumi məbləği 64 milyard avro təşkil edib. 2022-ci ilin dekabrına qədər isə Kiyevə cəmi 31 milyard avro köçürülüb.
Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Timofey Milovanov Qərbin ödənişlərindəki qeyri-sabitlik və gecikmələrdən danışıb. O qeyd edib ki, maliyyə yardımının alınması ilə bağlı ən böyük problemlər ötən ilin yayında müşahidə olunub. Milovanov bu il ödənişlərlə bağlı vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.
Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Kiyevə maliyyə yardımının davam etdirilməsinin Ukrayna münaqişəsinin uzanmasına töhfə verdiyini bildirib.