https://sputnik.az/20230221/turkiyede-zelzelede-olenlerin-sayi-42-min-neferi-kecib-452015283.html
Türkiyədə zəlzələdə ölənlərin sayı 42 min nəfəri keçib
Türkiyədə zəlzələdə ölənlərin sayı 42 min nəfəri keçib
Sputnik Azərbaycan
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşının təxliyə edildiyini açıqlayıb. 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T18:34+0400
2023-02-21T18:34+0400
2023-02-21T18:34+0400
dünya xəbərləri
türkiyə
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697742_0:160:3072:1888_1920x0_80_0_0_03cd07c873af05bd643b6eb04bed4cdd.jpg
BAKI, 21 fevral - Sputnik. Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb.Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşı təxliyə olunub.Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697742_171:0:2902:2048_1920x0_80_0_0_4407958b8e8af998ea574551896f49f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, zəlzələ
Türkiyədə zəlzələdə ölənlərin sayı 42 min nəfəri keçib
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşının təxliyə edildiyini açıqlayıb.
BAKI, 21 fevral - Sputnik. Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşı təxliyə olunub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.