https://sputnik.az/20230221/tramp-abs-in-rehberi-olarsa-ukraynadaki-munaqiseni-bir-gune-hell-edeceyine-soz-verib-451990965.html
Tramp ABŞ-ın rəhbəri olarsa Ukraynadakı münaqişəni bir günə həll edəcəyinə söz verib
Tramp ABŞ-ın rəhbəri olarsa Ukraynadakı münaqişəni bir günə həll edəcəyinə söz verib
Sputnik Azərbaycan
Tramp bildirib ki, o, "qələbəsi məlum olan kimi, elə həmin gecə" ölkə başçılarına zəng edəcək. 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T23:55+0400
2023-02-21T23:55+0400
2023-02-21T23:55+0400
tramp
dünya xəbərləri
ukrayna
moskva
putin
vladimir putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440810144_0:0:2647:1489_1920x0_80_0_0_c745dac6600e7c97064d2020e5222479.jpg
BAKI, 21 fevral — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edəcəyinə söz verib. "RİA Novosti" bu barədə xəbər verib. O bildirib ki, "elə həmin gecə" görüşü keçirmək üçün Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng edəcək. "Qələbəm məlum olan kimi, sözün əsl mənasında, həmin gecə iki nəfərə zəng edəcəyəm: Putinə və Zelenskiyə. Onlara deyəcəyəm: "Görüşməliyik". Bu məsələni həll edə biləcəyimə zəmanət verirəm ... 24 saat ərzində müqavilə bağlayacağıq", – deyə Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçılıq və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib. Alyans isə Moskvanın etirazlarına baxmayaraq durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440810144_162:0:2515:1765_1920x0_80_0_0_5b2f4025de766de3c79425bcfcbb12d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tramp, ukrayna, moskva, putin, vladimir putin, rusiya prezidenti vladimir putin
tramp, ukrayna, moskva, putin, vladimir putin, rusiya prezidenti vladimir putin
Tramp ABŞ-ın rəhbəri olarsa Ukraynadakı münaqişəni bir günə həll edəcəyinə söz verib
Tramp bildirib ki, o, "qələbəsi məlum olan kimi, elə həmin gecə" ölkə başçılarına zəng edəcək.
BAKI, 21 fevral — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edəcəyinə söz verib.
"RİA Novosti" bu barədə xəbər verib.
O bildirib ki, "elə həmin gecə" görüşü keçirmək üçün Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng edəcək.
"Qələbəm məlum olan kimi, sözün əsl mənasında, həmin gecə iki nəfərə zəng edəcəyəm: Putinə və Zelenskiyə. Onlara deyəcəyəm: "Görüşməliyik". Bu məsələni həll edə biləcəyimə zəmanət verirəm ... 24 saat ərzində müqavilə bağlayacağıq", – deyə Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçılıq və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib. Alyans isə Moskvanın etirazlarına baxmayaraq durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.