CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öz gələcəyini görə bilməyən falçını polislər saxladı

© pixabay / RirrizFalçı
Falçı - Sputnik Azərbaycan, 1920, 21.02.2023
Abunə olmaq
Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları fala baxmaq adı ilə bir nəfəri aldadaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyevanı saxlayıb.
BAKI, 21 fevral — Sputnik. Naftalanda dələduzluq edən "falçı" saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva Naftalan şəhərinə gələrək vətəndaşa fala baxmaq adı ilə onun etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər lenti
0