https://sputnik.az/20230221/minsk-ve-moskva-ttifaq-qalxani-2023-herbi-telimleri-kecirecek---belarus-mn-452014044.html
Minsk və Moskva "İttifaq qalxanı-2023" hərbi təlimləri keçirəcək - Belarus MN
Minsk və Moskva "İttifaq qalxanı-2023" hərbi təlimləri keçirəcək - Belarus MN
Sputnik Azərbaycan
Mövcud ağırışlara və təhdidlərə qarşısında İttifaq dövlətinin müdafiə qabiliyyətinin təmin edilməsi maraqları naminə Belarus və Rusiya Federasiyası arasında... 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T23:11+0400
2023-02-21T23:11+0400
2023-02-21T23:11+0400
minsk
dünya xəbərləri
belarus
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437945012_0:0:3072:1728_1920x0_80_0_0_e0fd3cc69dd8d7891ac1ffe9a69b1364.jpg
BAKI, 21 fevral — Sputnik. Belarus-Rusiya "İttifaq qalxanı-2023" təlimi sentyabrın 22-dən 26-dək Rusiyada keçiriləcək. Bu barədə Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin müdiri Valeri Revenko bildirib. "Əməliyyat və döyüş hazırlığının mərkəzi tədbirləri arasında sentyabrın 22-dən 26-dək Rusiyada keçiriləcək Belarus Respublikası və Rusiya Federasiyasının "Birlik Qalxanı-2023" silahlı qüvvələrinin birgə əməliyyat təlimi var", - Revenko bildirib. Onun sözləri Belarus müdafiə nazirliyinin teleqram kanalında təqdim edilib. Revenko vurğulayıb ki, mövcud çağırışlara və təhdidlərə qarşısında İttifaq dövlətinin müdafiə qabiliyyətinin təmin edilməsi maraqları naminə Rusiya ilə əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsi açıq-aşkar faktdır. "Belarus və Rusiya arasında hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət həmişə məhsuldar şəkildə inkişaf edib. Bu gün hərbi ittifaq hər iki dövlətin gələcək inkişafı üçün əvəzsizdir", - o bildirib. Revenko Rusiya Federasiyası ilə strateji səviyyədə sıx əməkdaşlığın bu il də davam etdiriləcəyini bildirib. Müxtəlif xarakterli 150-dən çox birgə tədbirin keçirilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437945012_0:0:2732:2048_1920x0_80_0_0_ed19502f91357f0ecc4752074f7ab906.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
minsk, belarus
Minsk və Moskva "İttifaq qalxanı-2023" hərbi təlimləri keçirəcək - Belarus MN
Mövcud ağırışlara və təhdidlərə qarşısında İttifaq dövlətinin müdafiə qabiliyyətinin təmin edilməsi maraqları naminə Belarus və Rusiya Federasiyası arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsi açıq-aşkar faktdır.
BAKI, 21 fevral — Sputnik. Belarus-Rusiya "İttifaq qalxanı-2023" təlimi sentyabrın 22-dən 26-dək Rusiyada keçiriləcək. Bu barədə Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin müdiri Valeri Revenko bildirib.
"Əməliyyat və döyüş hazırlığının mərkəzi tədbirləri arasında sentyabrın 22-dən 26-dək Rusiyada keçiriləcək Belarus Respublikası və Rusiya Federasiyasının "Birlik Qalxanı-2023" silahlı qüvvələrinin birgə əməliyyat təlimi var", - Revenko bildirib. Onun sözləri Belarus müdafiə nazirliyinin teleqram kanalında təqdim edilib.
Revenko vurğulayıb ki, mövcud çağırışlara və təhdidlərə qarşısında İttifaq dövlətinin müdafiə qabiliyyətinin təmin edilməsi maraqları naminə Rusiya ilə əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsi açıq-aşkar faktdır.
"Belarus və Rusiya arasında hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət həmişə məhsuldar şəkildə inkişaf edib. Bu gün hərbi ittifaq hər iki dövlətin gələcək inkişafı üçün əvəzsizdir", - o bildirib.
Revenko Rusiya Federasiyası ilə strateji səviyyədə sıx əməkdaşlığın bu il də davam etdiriləcəyini bildirib.
Müxtəlif xarakterli 150-dən çox birgə tədbirin keçirilməsi nəzərdə tutulur.