DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin hərəkətləri üçüncü dünya müharibəsinə gətirib çıxara bilər - Tramp

© AP Photo / Andrew HarnikDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2023
Abunə olmaq
ABŞ-ın keçmiş lideri bildirib ki, Baydenin Ukrayna ilə bağlı atdığı addımları bizi üçüncü dünya müharibəsinə doğru itələyir.
BAKI, 21 fevral — Sputnik. ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər. Bu fikri ABŞ-ın keçmiş lideri Donald Tramp deyib.
"Əgər siz Baydenin Ukrayna ilə bağlı atdığı addımları izləsəniz və görəcəksiniz ki o, sistematik, lakin bəlkə də şüursuz şəkildə bizi üçüncü dünya müharibəsinə doğru itələyir. Bu dəlilik deyilmi?" - Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Bazar ertəsi Floridada keçirilən mitinqdə çıxış edən Tramp, Amerika administrasiyasının rəhbəri vəzifəsinə yenidən seçiləcəyi təqdirdə dərhal Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vuracağını və Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün görüş təşkil edəcəyini bildirib.
Xəbər lenti
0