https://sputnik.az/20230221/bakida-da-et-bahalasacaq---qessablardan-bayram-proqnozu-451959960.html
Bakıda da ət bahalaşacaq? - Qəssablardan bayram proqnozu
Bakıda da ət bahalaşacaq? - Qəssablardan bayram proqnozu
Sputnik Azərbaycan
Kənd sakinləri son illər bölgələrdə otun və yemin qiymətinin bahalaşması üzündən mal-qara saxlayanların da azaldığını söyləyirlər. Millət vəkili isə ətin... 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T09:29+0400
2023-02-21T09:29+0400
2023-02-21T09:51+0400
ət
iqtisadiyyat
bahalaşma
azərbaycan
mal-qara
diri
ukrayna
idxal
https://cdnn1.img.sputnik.az/img/07e5/02/11/426254601_0:0:3073:1728_1920x0_80_0_0_9d81dcf2f0b5738c324cbc1a2555b05b.jpg
BAKI, 21 fevral — Sputnik. Azərbaycanın bölgələrində ətin bir kiloqramının qiyməti 12-13 manatdan 14-15 manata qalxıb. "Xəzər-xəbər"in yaydığı məlumata görə, Cəlilabaddakı satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Səbəb isə diri aldıqları mal-qaranın qiymətinin baha olmasıdır.Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Belə ki, əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Bu bölgədə satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub. Sputnik Azərbaycan ətin bahalaşmasının paytaxtda pərakəndə ət satışına təsirini araşdırıb. Mal bazarında mal-qoyun qıtlığı yaranıb Bakının Bayıl qəsəbəsində ət satışı ilə məşğul olan Yardımlı rayon sakini Araz Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələlik paytaxtda ətin qiyməti bahalaşmasa da, yaxın günlərdə qiymət artımı öz təsirini göstərəcək:Qəssab onu da bildirib ki, qışın son aylarında hər il ətin qiymətində cüzi bahalaşma olur:"Bu il isə vəziyyət daha pisdir. Çünki kənd yerlərində mal-qaranın sayı azalıb. Əvvəllər Ukraynadan mal-qara gətirildiyindən bu problem özünü çox biruzə vermirdi. İndi Gürcüstandan da əvvəlki qədər Azərbaycana heyvan gətirilmir. Ona görə də, əgər başqa bazar tapa bilməsək, ətin qiymətinin bahalaşmasının qarşısını almaq çətin olacaq". Bayramqabağı ətə təlabat artıb Həmsöhbət olduğumuz digər qəssablar da Bakıda, hələ ki, mal və qoyun ətinin qiymətini artırmadıqlarını, amma bölgələrdə qiymət artımının nəticəsində bayramqabağı bahalaşmanın olacağını söylədilər.Elnur adlı qəssab bildirdi ki, rayonlarda ətin bahalaşmasının bir səbəbi də bayramda ətə təlabatın artmasıdır. Onun sözlərinə görə, bayramlarda fermerlər kənd yerlərində əti diri çəkidə satmaqdan çox kəsib satmağa üstünlük verirlər. Bu da bazarda mal-qaranın azalmasına təsir göstərir:Şəkinin Daşüz sakini Sadiq Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ətin qiymətində bir manat bahalaşma müşahidə olunur:"Ətin qiyməti hər yerdə bahalaşmayıb. Bəzi yerlər var ki, mal ətinin qiymətini 13 manata qaldırıb. Qoyun əti isə 14-15 manatadır". S.Cəfərov ətin qiymətindəki bahalaşmanın səbəbini isə belə izah edib:Yonca bağlamasının bir ədədi 7 manata qalxıb Fermer hazırda kəndlərdə ot-ələfin qurtarmasının da ətin qiymətinə təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, yoncanın bir bağlamasının qiyməti 7 manata çatıb. Küləş isə 3-4 manatadır. Kənd sakini bunun ətin qiymətini artıran səbəblərdən biri olduğunu söyləyib. Həmsöhbətimiz son illər kənd yerlərində otun və yemin qiymətinin bahalaşması üzündən mal-qara saxlayanların da azaldığını söylədi. O, qeyd edib ki, gənclərin iş olmadığından kəndlərdən Bakıya işləmək üçün getməsi də mal-qaranın azalmasına təsir göstərir. Kənd Təsərrüfatı Nazirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, 2022-ci ildə Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb. 2021-ci illə müqayisədə ölkədə ət istehsalı (diri çəkidə) 3% artıb. 2023-cü ilin yanvar ayında isə diri çəkidə ət istehsalında 2,8 faiz artım müşahidə olunub. Komitə sədri möhtəkirləri günahlandırır Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmiz özünü mal əti ilə 90 faiz təmin edə bilir. Onun sözlərinə görə, ölkə əhalisi 100 faiz qoyun əti ilə təmin olunur. Komitə sədri onu da bildirib ki, bir məhsulun qiyməti cüzi artan kimi digər məhsulların da qiyməti artır:Deputat onu da bildirib ki, bu gün paytaxtda, eləcə də digər şəhərlərdə ətin baha olmasının digər səbəbi kəndlinin öz heyvanını bazara çıxara bilməməsidir. Onun sözlərinə görə, müəyyən adamlar var ki, o heyvanları ucuz qiymətə alaraq gətirib şəhərlərdə baha qiymətə satırlar.Tədarük məntəqələri yaradılmalıdır Komitə sədri bildirib ki, vəziyyətdən ən yaxşı çıxış yolu tədarük məntəqələrinin yaradılmasıdır:"Yaxşı olar ki, tədarük idarələri yerlərdən əti tədarük etsinlər sonra bazara çıxarsınlar. Əvvəllər bu cür tədarük idarələri vardı. Belə təsərrüfatların yenidən yaradılması yaxşıdır. Əhali bundan faydalana bilər. Kəndlinin malı saxlamaqdan, qayğılardan başı açılmır ki, öz heyvanını Bakıya gətirib satsın. Möhtəkirlər alıb gətirirlər, onlar da qiyməti diktə edirlər. Ətin qiymətinin bahalaşmasına əsas təsir edən məsələ budur. Bu mütləq tənzimlənməlidir". Ətin qiymətinə təsir edən səbəblər İqtisadçı Razi Abbasbəyli isə məsələ ilə əlaqədar bildirib ki, mal və qoyun ətinin qiymətinin artmasının həm yerli, həm də regional səbəbləri var. "Regional şərtlər ondan ibarətdir ki, Azərbaycan Ukraynadan, Rusiyadan və Gürcüstandan mal əti idxal edən ölkədir. Təkcə 2021-ci ildə idxal olunmuş 4 450 ton dondurulmuş mal ətinin 3 546 tonu və yaxud 79,7 %-i Ukraynadan gətirilib. Azərbaycana idxal olunan 23800 ton mal ətinin 14000 tonu hazır ət formasında, qalanları diri heyvan şəklində gətirilir. Ümumilikdə isə Azərbaycan 68 000 ton ətini xaricdən alır. Bu da 140 tona bərabər olan daxili təlabatın yarısı deməkdir".Onun sözlərinə görə, ölkə üzrə iri və xırda buynuzlu maldarlıq təsərrüfatlarında tədarük 2022-ci ildə ötən illə müqayisədə 30 faizə qədər azalıb:"Müqayisə üçün Gürcütsanda ət ixracatı 17 faiz artıb. Belarus, Moldavada da ixracat göstəriciləri yüksəkdir. Belə olan təqdirdə Azərbaycanda aqrar sektorun nə qədər gerilədiyini iddia etmək o qədər də çətin deyil. Ukraynadan idxalat zinciri qırılıb və idxal aşağı düşüb. Eyni zamanda Rusiyadan idxal edilən ərzaq, qida məhsullarına tətbiq edilən gömrük rüsumları artırılıb", - deyə R.Abbasbəyli bildirib. İqtisadçı bildirib ki, daxildə də mal və qoyun ətinin qiymətinin yüksəlməsini şərtlərndirən faktlar da var.R.Abbasbəyli qeyd edib ki, ölkəmizdə ərzaq, kommunal bütün istehlakçı xərcləri, müalicə, istirahət və sair bütün yaşam xərcləri bahalaşıb:"Bundan başqa dizelin qiymətinin yüksək olması ilə yanaşı, sürtkü yağları, kənd təsərrüfatı üçün texnikaların ehtiyat hisslərinin qiyməti 40-50 faiz bahalaşıb. Bütün bunlar istehsalçı qismində fermelərin mal, qoyun, quş ətini bahalaşdırmasına səbəb olur. Bu təbii prosses isə davam edəcək", - deyə ekspert fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/11/426254601_168:0:2899:2048_1920x0_80_0_0_5ca6c7295b07762d6d5a977f448c21c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ət, bahalaşma, azərbaycan, mal-qara, diri, ukrayna, idxal
ət, bahalaşma, azərbaycan, mal-qara, diri, ukrayna, idxal
Bakıda da ət bahalaşacaq? - Qəssablardan bayram proqnozu
09:29 21.02.2023 (Yenilənib: 09:51 21.02.2023) Kənd sakinləri son illər bölgələrdə otun və yemin qiymətinin bahalaşması üzündən mal-qara saxlayanların da azaldığını söyləyirlər. Millət vəkili isə ətin qiymətinin artmasının əsas səbəbini möhtəkirlikdə görür.
BAKI, 21 fevral — Sputnik. Azərbaycanın bölgələrində ətin bir kiloqramının qiyməti 12-13 manatdan 14-15 manata qalxıb. "Xəzər-xəbər"in yaydığı məlumata görə, Cəlilabaddakı satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Səbəb isə diri aldıqları mal-qaranın qiymətinin baha olmasıdır.
Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Belə ki, əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.
Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Bu bölgədə satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.
Sputnik Azərbaycan ətin bahalaşmasının paytaxtda pərakəndə ət satışına təsirini araşdırıb.
Mal bazarında mal-qoyun qıtlığı yaranıb
Bakının Bayıl qəsəbəsində ət satışı ilə məşğul olan Yardımlı rayon sakini Araz Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələlik paytaxtda ətin qiyməti bahalaşmasa da, yaxın günlərdə qiymət artımı öz təsirini göstərəcək:
"Biz keçən həftə mal-qoyun gətirmişik. Erkək dananı diri çəkidə kiloqramını 10 manatdan almışıq. Qoyun ətini isə 12-13 manatdan götürürük. Amma yazqabağı olduğundan artıq rayonlarda da ətlik mal-qoyun qalmayıb. Demək olar ki, quzu tapmaq mümkün deyil. Ətlik quzular iyun-iyul ayına ancaq satışa çıxardılacaq. Bu da qiymətlərin bahalaşmasına təsir göstərir".
Qəssab onu da bildirib ki, qışın son aylarında hər il ətin qiymətində cüzi bahalaşma olur:
"Bu il isə vəziyyət daha pisdir. Çünki kənd yerlərində mal-qaranın sayı azalıb. Əvvəllər Ukraynadan mal-qara gətirildiyindən bu problem özünü çox biruzə vermirdi. İndi Gürcüstandan da əvvəlki qədər Azərbaycana heyvan gətirilmir. Ona görə də, əgər başqa bazar tapa bilməsək, ətin qiymətinin bahalaşmasının qarşısını almaq çətin olacaq".
Bayramqabağı ətə təlabat artıb
Həmsöhbət olduğumuz digər qəssablar da Bakıda, hələ ki, mal və qoyun ətinin qiymətini artırmadıqlarını, amma bölgələrdə qiymət artımının nəticəsində bayramqabağı bahalaşmanın olacağını söylədilər.
Elnur adlı qəssab bildirdi ki, rayonlarda ətin bahalaşmasının bir səbəbi də bayramda ətə təlabatın artmasıdır. Onun sözlərinə görə, bayramlarda fermerlər kənd yerlərində əti diri çəkidə satmaqdan çox kəsib satmağa üstünlük verirlər. Bu da bazarda mal-qaranın azalmasına təsir göstərir:
"Bayramda ətə təlabat artdığından, ferması olanların çoxu bayramın ətlik mal-qoyununu indidən gətirib. Ona görə də keçən həftə mal bazarında mal-qoyun çox az idi. Fermerlərin də çoxu kökəltdikləri heyvanı bayramqabağı satışa çıxartmaq istəyir ki, çox pul qazansın. Buna görə də, ətin qiyməti bölgələrdə də bahalaşır. Əgər belə davam etsə, yəqin ki, rayonda ətin qiyməti nə qədər artıbsa, bir o qədər də bahalaşma Bakıda olacaq".
Şəkinin Daşüz sakini Sadiq Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ətin qiymətində bir manat bahalaşma müşahidə olunur:
"Ətin qiyməti hər yerdə bahalaşmayıb. Bəzi yerlər var ki, mal ətinin qiymətini 13 manata qaldırıb. Qoyun əti isə 14-15 manatadır".
S.Cəfərov ətin qiymətindəki bahalaşmanın səbəbini isə belə izah edib:
"Kəndlərdə ətlik heyvanlar demək olar ki, qurtarıb. Bayramqabağı alan isə çoxdur. Ona görə də bəzi kəndlərdə ətin topdansatış qiymətini 11 manata qaldırıblar".
Yonca bağlamasının bir ədədi 7 manata qalxıb
Fermer hazırda kəndlərdə ot-ələfin qurtarmasının da ətin qiymətinə təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, yoncanın bir bağlamasının qiyməti 7 manata çatıb. Küləş isə 3-4 manatadır. Kənd sakini bunun ətin qiymətini artıran səbəblərdən biri olduğunu söyləyib.
"Ətlik heyvanı tövlədə bəsləyən adam gərək hər gün ona yonca versin. Küləşlə heyvan kökəltmək mümkün deyil. Yoncanın bir "presi" (ot bağlaması - red.) isə 7 manatadır. Bu qiymətə bir bağlama ot alan kəndli məcburdur ki, heyvanı baha satsın. Hələ bunun daşınma xərci də var", - deyə S.Cəfərov bildirib.
Həmsöhbətimiz son illər kənd yerlərində otun və yemin qiymətinin bahalaşması üzündən mal-qara saxlayanların da azaldığını söylədi. O, qeyd edib ki, gənclərin iş olmadığından kəndlərdən Bakıya işləmək üçün getməsi də mal-qaranın azalmasına təsir göstərir.
Kənd Təsərrüfatı Nazirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, 2022-ci ildə Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb. 2021-ci illə müqayisədə ölkədə ət istehsalı (diri çəkidə) 3% artıb. 2023-cü ilin yanvar ayında isə diri çəkidə ət istehsalında 2,8 faiz artım müşahidə olunub.
Komitə sədri möhtəkirləri günahlandırır
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmiz özünü mal əti ilə 90 faiz təmin edə bilir. Onun sözlərinə görə, ölkə əhalisi 100 faiz qoyun əti ilə təmin olunur. Komitə sədri onu da bildirib ki, bir məhsulun qiyməti cüzi artan kimi digər məhsulların da qiyməti artır:
"Görürsən ki, bir balaca qiymət artan kimi göy-göyərtinin qiyməti artır. Bəzi işbazlar bunu öz şəxsi mənfəətləri üçün edirlər. Ola bilər ki, gömrükdə bir-iki gün nəsə problemlər olsun. Bu əsas vermir ki, birdən-birə ətin qiyməti bu qədərə bahalaşsın. Bunu çox vaxt sahibkarlar məqsədli şəkildə, özləri edirlər. Azərbaycanda heyvandarlığın inkişafı xeyli yüksəkdir. Ət və süd məhsulları da təlabata uyğundur. Nədənsə, insanların cibinə girərək ajiotaj yaradırlar".
Deputat onu da bildirib ki, bu gün paytaxtda, eləcə də digər şəhərlərdə ətin baha olmasının digər səbəbi kəndlinin öz heyvanını bazara çıxara bilməməsidir. Onun sözlərinə görə, müəyyən adamlar var ki, o heyvanları ucuz qiymətə alaraq gətirib şəhərlərdə baha qiymətə satırlar.
"Kəndlinin öz imkanları yoxdur ki, o heyvanı gətirib Bakıda kəsib satsın. Bölgələrdə ətlik heyvanların qiyməti o qədər də baha deyil. Müəyyən adamlar var ki, karusel yaradaraq Beyləqan, Ağcabədinin bazarından heyvanları ucuz qiymətə alaraq baha satırlar", - deyə deputat bildirib.
Tədarük məntəqələri yaradılmalıdır
Komitə sədri bildirib ki, vəziyyətdən ən yaxşı çıxış yolu tədarük məntəqələrinin yaradılmasıdır:
"Yaxşı olar ki, tədarük idarələri yerlərdən əti tədarük etsinlər sonra bazara çıxarsınlar. Əvvəllər bu cür tədarük idarələri vardı. Belə təsərrüfatların yenidən yaradılması yaxşıdır. Əhali bundan faydalana bilər. Kəndlinin malı saxlamaqdan, qayğılardan başı açılmır ki, öz heyvanını Bakıya gətirib satsın. Möhtəkirlər alıb gətirirlər, onlar da qiyməti diktə edirlər. Ətin qiymətinin bahalaşmasına əsas təsir edən məsələ budur. Bu mütləq tənzimlənməlidir".
Ətin qiymətinə təsir edən səbəblər
İqtisadçı Razi Abbasbəyli isə məsələ ilə əlaqədar bildirib ki, mal və qoyun ətinin qiymətinin artmasının həm yerli, həm də regional səbəbləri var.
"Regional şərtlər ondan ibarətdir ki, Azərbaycan Ukraynadan, Rusiyadan və Gürcüstandan mal əti idxal edən ölkədir. Təkcə 2021-ci ildə idxal olunmuş 4 450 ton dondurulmuş mal ətinin 3 546 tonu və yaxud 79,7 %-i Ukraynadan gətirilib. Azərbaycana idxal olunan 23800 ton mal ətinin 14000 tonu hazır ət formasında, qalanları diri heyvan şəklində gətirilir. Ümumilikdə isə Azərbaycan 68 000 ton ətini xaricdən alır. Bu da 140 tona bərabər olan daxili təlabatın yarısı deməkdir".
Onun sözlərinə görə, ölkə üzrə iri və xırda buynuzlu maldarlıq təsərrüfatlarında tədarük 2022-ci ildə ötən illə müqayisədə 30 faizə qədər azalıb:
"Müqayisə üçün Gürcütsanda ət ixracatı 17 faiz artıb. Belarus, Moldavada da ixracat göstəriciləri yüksəkdir. Belə olan təqdirdə Azərbaycanda aqrar sektorun nə qədər gerilədiyini iddia etmək o qədər də çətin deyil. Ukraynadan idxalat zinciri qırılıb və idxal aşağı düşüb. Eyni zamanda Rusiyadan idxal edilən ərzaq, qida məhsullarına tətbiq edilən gömrük rüsumları artırılıb", - deyə R.Abbasbəyli bildirib.
İqtisadçı bildirib ki, daxildə də mal və qoyun ətinin qiymətinin yüksəlməsini şərtlərndirən faktlar da var.
R.Abbasbəyli qeyd edib ki, ölkəmizdə ərzaq, kommunal bütün istehlakçı xərcləri, müalicə, istirahət və sair bütün yaşam xərcləri bahalaşıb:
"Bundan başqa dizelin qiymətinin yüksək olması ilə yanaşı, sürtkü yağları, kənd təsərrüfatı üçün texnikaların ehtiyat hisslərinin qiyməti 40-50 faiz bahalaşıb. Bütün bunlar istehsalçı qismində fermelərin mal, qoyun, quş ətini bahalaşdırmasına səbəb olur. Bu təbii prosses isə davam edəcək", - deyə ekspert fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.