Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın qeyri-neft məhsullarının ixracının müsbət dinamikası

Abunə olmaq
İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının artırılması üzrə həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə qeyri-neft məhsullarının ixracının dəyəri 12,3% artıb. Ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 21 fevral — Sputnik. 2022-ci ilin yekunlarına əsasən Azərbaycanın qeyri-neft məhsullarının ixrac dəyəri 3,048 milyard dollar təşkil edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2022-ci ildə iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracının dəyəri 12,3% artaraq 3,048 milyard dollar təşkil edib.
Bu yaxınlarda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda qeyd olunub ki, ötən il Azərbaycanın ümumi ixracı 38,1 milyard dollar təşkil edib.
Belə ki, hesabatda qeyd olunub ki, 2022-ci ilin yekunlarına görə kimya sənayesi məhsullarının ixracı 2021-ci illə müqayisədə 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı 35,6% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0