https://sputnik.az/20230221/azerbaycanda-istixanalarda-pomidor-ve-xiyar-istehsali-artib---statstka-452011330.html
Azərbaycanda istixanalarda pomidor və xiyar istehsalı artıb - STATİSTİKA
Azərbaycanda istixanalarda pomidor və xiyar istehsalı artıb - STATİSTİKA
Sputnik Azərbaycan
Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Sabirabad, Kürdəmir, Binəqədi və Tovuz rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T21:15+0400
2023-02-21T21:15+0400
2023-02-21T21:15+0400
istixana
iqtisadiyyat
pomidor
xiyar
https://cdnn1.img.sputnik.az/img/42431/75/424317513_0:321:3071:2048_1920x0_80_0_0_8584c1ac485d90ecedc49540981d2a60.jpg
BAKI, 21 fevral — Sputnik. 2022-ci ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin istixanalarda 369337,4 ton pomidor, 28873,8 ton xiyar, 691,5 ton göbələk, 129,5 ton kələm, 42,1 ton lobya, 34,7 ton baş soğan, 30,2 ton bibər, 29,3 ton badımcan, 16,3 ton sarımsaq və 204,4 ton çiyələk istehsal olunub. Keçən il 2021-ci illə müqayisədə istixanalarda pomidor və xiyar istehsalı müvafiq olaraq 7,6 faiz və 25,45 faiz artıb. Ölkənin digər rayonlarına nisbətən Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Sabirabad, Kürdəmir, Binəqədi və Tovuz rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 20,5 min ton tərəvəz toplanıb. Qeyd edək ki, 2021-ci ildə ölkədə ümumi sahəsi 1,7 min hektar olan 3217 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 343106,4 ton pomidor, 23014,5 ton xiyar, 4576,3 ton badımcan, 572,7 ton bibər, 338,6 ton göbələk, 33,5 ton baş soğan, 22,0 ton lobya, 16,6 ton kələm, 2,4 ton sarımsaq və 91,9 ton çiyələk istehsal olunub. Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 20,2 min ton tərəvəz toplanmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42431/75/424317513_133:0:2864:2048_1920x0_80_0_0_7f5a3f0538df06c947f6377eeb6daa46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
istixana, pomidor, xiyar
Azərbaycanda istixanalarda pomidor və xiyar istehsalı artıb - STATİSTİKA
Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Sabirabad, Kürdəmir, Binəqədi və Tovuz rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
BAKI, 21 fevral — Sputnik. 2022-ci ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin istixanalarda 369337,4 ton pomidor, 28873,8 ton xiyar, 691,5 ton göbələk, 129,5 ton kələm, 42,1 ton lobya, 34,7 ton baş soğan, 30,2 ton bibər, 29,3 ton badımcan, 16,3 ton sarımsaq və 204,4 ton çiyələk istehsal olunub.
Keçən il 2021-ci illə müqayisədə istixanalarda pomidor və xiyar istehsalı müvafiq olaraq 7,6 faiz və 25,45 faiz artıb.
Ölkənin digər rayonlarına nisbətən Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Sabirabad, Kürdəmir, Binəqədi və Tovuz rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 20,5 min ton tərəvəz toplanıb.
Qeyd edək ki, 2021-ci ildə ölkədə ümumi sahəsi 1,7 min hektar olan 3217 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 343106,4 ton pomidor, 23014,5 ton xiyar, 4576,3 ton badımcan, 572,7 ton bibər, 338,6 ton göbələk, 33,5 ton baş soğan, 22,0 ton lobya, 16,6 ton kələm, 2,4 ton sarımsaq və 91,9 ton çiyələk istehsal olunub.
Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 20,2 min ton tərəvəz toplanmışdı.