https://sputnik.az/20230221/azerbaycanda-en-cox-bahalasan-qeyri-erzaq-mehsullari-dermanlardir-451992627.html
Azərbaycanda ən çox bahalaşan qeyri-ərzaq məhsulları dərmanlardır
Azərbaycanda ən çox bahalaşan qeyri-ərzaq məhsulları dərmanlardır
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında analginin orta aylıq qiyməti ötən ilin dekabr ayına nisbətən 48,38 faiz qalxıb. 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T19:43+0400
2023-02-21T19:43+0400
2023-02-21T19:43+0400
dərman
səhiyyə
tarif şurası
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_0:96:2001:1221_1920x0_80_0_0_cc85f7c71f48445f6b1ef527127b1b97.jpg
BAKI, 21 fevral — Sputnik. Azərbaycanda keçən ay analgin dərmanının qiyməti bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında analginin orta aylıq qiyməti ötən ilin dekabr ayına nisbətən 48,38 faiz və ya 15 qəpik qalxıb. Belə ki, yanvar ayında 10 həb analginin orta aylıq qiyməti 0,46 manat olub. Dekabr ayında isə analginin qiməti 0,31 manat idi. Qeyd edək ki, yanvar ayında analgin aylıq müqayisədə daha çox bahalaşan qeyri-ərzaq məhsullarının içərisində yer alıb. Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılır. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir. Xatırladaq ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində dəyişikliklər edilib. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_51:0:1828:1333_1920x0_80_0_0_85ab36ec1f6dacbb92531521531453f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərman, tarif şurası, səhiyyə nazirliyi
dərman, tarif şurası, səhiyyə nazirliyi
Azərbaycanda ən çox bahalaşan qeyri-ərzaq məhsulları dərmanlardır
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında analginin orta aylıq qiyməti ötən ilin dekabr ayına nisbətən 48,38 faiz qalxıb.
BAKI, 21 fevral — Sputnik. Azərbaycanda keçən ay analgin dərmanının qiyməti bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında analginin orta aylıq qiyməti ötən ilin dekabr ayına nisbətən 48,38 faiz və ya 15 qəpik qalxıb. Belə ki, yanvar ayında 10 həb analginin orta aylıq qiyməti 0,46 manat olub. Dekabr ayında isə analginin qiməti 0,31 manat idi.
Qeyd edək ki, yanvar ayında analgin aylıq müqayisədə daha çox bahalaşan qeyri-ərzaq məhsullarının içərisində yer alıb.
Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılır. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində dəyişikliklər edilib.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (
www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (
http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.