Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Zaqatalada məktəbdə etiraz aksiyasının səbəbi nədir? - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovMəktəbdə, arxiv şəkli
Məktəbdə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Etiraz aksiyasında iştirak edən məktəb kollektivi yeni direktorun idarəçiliyindən narazıdır.
BAKI, 20 fevral — Sputnik. Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir. APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.
Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin mətbuat xidmətinin əməkdaşı Mahal Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda İdarənin əməkdaşları məktəbdədir:

"Bizim əməkdaşlarımız məktəbdə araşdırma aparır. Araşdırmadan sonra aksiyanın səbəbi barədə ictimaiyyətə açıqlama veriləcək".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0