https://sputnik.az/20230220/universitetlerimiz-sovet-sisteminden-niye-cixa-bilmir-451935263.html
Universitetlərimiz sovet sistemindən niyə çıxa bilmir?
Universitetlərimiz sovet sistemindən niyə çıxa bilmir?
Sputnik Azərbaycan
Dövr dəyişsə də, universitetlərimizin çoxu hələ də sovet dönəmindən qalan təhsil sistemi ilə işləyir. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T08:47+0400
2023-02-20T08:47+0400
2023-02-20T08:47+0400
imtahan
təhsil
teatr
dərs
fənn
ixtisas
universitet
azərbaycan dövlət mədəniyyət və incəsənət universteti
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:3081:1733_1920x0_80_0_0_16e566b68044f8bae81b65a57f71c121.jpg
BAKI, 20 fevral — Sputnik. Azərbaycanda fəaliyyət göstərən universitetlər illərdir ki, sovet dönəmindən qalan təhsil sistemi ilə işləyir desək, yəqin ki, yanılmarıq. Tələbələri ən çox narahat edən məsələlərdən biri də univeristetlərdə qeyri-ixtisas fənlərinin keçirilməsidir. Azərbaycan Universitetləri uzun illərdir ki, Bolonya sisteminə ("Avropa Ali təhsil məkanı" bəyannaməsi) qoşulsa da, vəziyyət olduğu kimi qalır. Necə deyərlər, köhnə hamam, köhnə tas. Nəticədə isə "yarımçıq papaqçılar"ın sayı günbəgün artır. Lüzumsuz fənlərin ağırlığıTürkiyədə Akdeniz universitetində kinorejissor ixtisası üzrə təhsil alan Kamran Əliyev Türkiyə və Azərbaycan universitetləri arasında olan fərqləri açıqladı. K.Əliyev kinorejissor ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr təhsili alıb. Dediyinə görə, sənət müəllimləri öyrətməyə cəhd edirdilər: "Di gəl ki, o qədər qeyri-ixtisas fənləri ilə onları yükləyirdilər ki, ixtisasa nə zamanları, nə də həvəsləri qalırdı. Mən kinorejissor olmaq üçün gəlmişəm, mənə niyə informatika keçilməlidir? Bizə məntiq, informatika keçirdilər. O qədər lüzumsuz dərslər keçirilirdi ki, bu gün nə o dərsləri, nə də o müəllimləri xatırlayıram. Axı rejissora bu lazım deyil. Magistr təhsili üçün Türkiyəyə gəldim. Mən təhsil sistemimizdə nə qədər boşluqların olduğunun fərqinə vardım. Ona görə də insanlarda belə bir fikir formalaşıb ki, Azərbaycanda universitet oxumaq vaxt itkisidir. Çünki, təhsili bitirdikdən sonra işsiz qalırlar. Gedib haradasa, kimdənsə minnət götürə-götürə nəsə öyrənir. Ya da gedir başqa sahədə işləyir". Ali məktəblərin yerləşməsiK.Əliyev bildirir ki, sözügedən universitetin yeri mütləq dəyişdirilməlidir: "Ümumiyyətlə, meqapolislərdə universitetlərin olmasını doğru hesab etmirəm. Bakı da Azərbaycanın meqapolisidir. Yaxşı olar ki, universitetlərin, xüsusən də incəsənət universitetlərinin – Rəssamlıq Akademiyası, Konservatoriya, Musiqi Akademiyası və s. yeri dəyişilsin. Çünki, olduqca dar məkandır. Biz hər hansısa qısametrajlı film çəkmək üçün məşq etməyə, ssenarinin müzakirəsini etməyə yer tapa bilmirdik. Bu barədə ən çox əziyyət çəkənlər teatr fakültəsində oxuyanlar idi. Çünki, onlar məşq etməyə yer tapa bilmirdilər. Həm də yaradıcı insan dar məkanda, küçədən keçən avtomobillərin siqnallarının fonunda hansı yaradıcı məhsulu ortaya qoya bilər? ". Tələbəyə nə keçilməlidir?Ötən il Azərbaycan Milli Konservatoriyasının Solo oxuma (milli vokal) ixtisasını bitirən Pərvin Səfərov qeyd edir ki, bitirdiyi təhsil ocağında tələbələr o qədər lazımsız dərslərlə yüklənirdi ki, öz ixtisasını öyrənə bilmirdilər: "İki ilimiz qeyri-ixtisas fənlərinə getdi. Bizə "Rus dili", "İnformatika", "Azərbaycan dili", "Məntiq" kimi fənlər keçirilirdi. Etiraz edəndə də deyirdilər ki, "bu sizin inkişafınız üçündür". Onsuz da ali təhsil ocağına gələn tələbə imtahan verib gəlir. Bir semestr ərzində tələbə rus dili və ya başqa dili öyrənə bilməyəcək. Tələbə ali məktəbə ona görə daxil olur ki, sənətinə dərindən yiyələnsin. Amma bizdə tələbə kollokviumları, imtahanları düşünür. Sənət qalır kənarda. Bir də ayılır ki, artıq vaxt azalıb, heç nə öyrənə bilməyib. Ondansa, yaxşı olardı ki, ixtisas fənlərinə daha çox yer ayrılsın. Mənə isim, sifət, zərf keçmək əvəzinə, "Nitq mədəniyyəti" dərsini keçsinlər". Görülən işlərAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev bildirir ki, bu il sözügedən universitetdə qeyri-ixtisas fənlərinin sayı xeyli azalıb: "Elə baza fənləri var ki, mütləq keçirilməldir. İstər rejissor, istər operator, istərsə də digər sənət adamlarının müəyyən bilgiləri olmaldır, savadlı olmaldır. İmkan dərəcəsində çalışdıq ki, biz qeyri-ixtisasları ixtisasla əvəz edək. Hazırda universitetimizdə təkcə "Kinooperator" ixtisası üzrə 11 ixtisas fənni var. Birinci kursda foto idi, ikinci kursdan artıq çəkilişlər aparırlar. Məsələn, yeni bir fənn tədris olunur – "Layinənin təqdimat mədəniyyəti". Həmin dərsdə gələcəyin rejissorları gələcək piçinqlərə hazırlayırıq ki, sponsorların, prodüserlərin qarşısında öz ssenarilərini təqdim etməyi öyrənsilər". Bundan başqa, professor yeni dərsliklərin yazıldığını vurğuladı. R,Quliyev əlavə etdi ki, onların vasitəsi ilə tələbələr müsair texnologiyadan istifadəni öyrənə bilərlər. "Rejissorluq" fakültəsi ilə yanaşı, "Aktyorluq" fakültəsinə də yeni dərslər təyin olunub: "Çünki, əvvəllər universitetdə ancaq teatr üçün aktyor yetişdirilidi. İndi isə aktyorların gələcəkdə kinorejissorla necə işləmə öyrənməlidir, aktyor kamera qarşısında necə davranmağı öyrənməlidir, onu da öyrədirik. Əvvəllər bu fənn tədris olunmurdu, indi isə tədris olunur. Əslində, biz də bilirik ki, boşluqlar var, zamanla o problemləri aradan qaldırmağa çalışırıq. Eyni zamanda biz Elm və Təhsil nazirliyindən də asılıyıq. Onların da qoyduğu tələbləri həyata keçirmək məcburiyyətindəyik" .
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:2731:2048_1920x0_80_0_0_ed1401501379fdb1bc6a28a3d4776a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, teatr, dərs, fənn, ixtisas, universitet, azərbaycan dövlət mədəniyyət və incəsənət universteti
imtahan, teatr, dərs, fənn, ixtisas, universitet, azərbaycan dövlət mədəniyyət və incəsənət universteti
Universitetlərimiz sovet sistemindən niyə çıxa bilmir?
Dövr dəyişsə də, universitetlərimizin çoxu hələ də sovet dönəmindən qalan təhsil sistemi ilə işləyir.
BAKI, 20 fevral — Sputnik. Azərbaycanda fəaliyyət göstərən universitetlər illərdir ki, sovet dönəmindən qalan təhsil sistemi ilə işləyir desək, yəqin ki, yanılmarıq. Tələbələri ən çox narahat edən məsələlərdən biri də univeristetlərdə qeyri-ixtisas fənlərinin keçirilməsidir. Azərbaycan Universitetləri uzun illərdir ki, Bolonya sisteminə ("Avropa Ali təhsil məkanı" bəyannaməsi) qoşulsa da, vəziyyət olduğu kimi qalır. Necə deyərlər, köhnə hamam, köhnə tas. Nəticədə isə "yarımçıq papaqçılar"ın sayı günbəgün artır.
Lüzumsuz fənlərin ağırlığı
Türkiyədə Akdeniz universitetində kinorejissor ixtisası üzrə təhsil alan Kamran Əliyev Türkiyə və Azərbaycan universitetləri arasında olan fərqləri açıqladı. K.Əliyev kinorejissor ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr təhsili alıb. Dediyinə görə, sənət müəllimləri öyrətməyə cəhd edirdilər:
"Di gəl ki, o qədər qeyri-ixtisas fənləri ilə onları yükləyirdilər ki, ixtisasa nə zamanları, nə də həvəsləri qalırdı. Mən kinorejissor olmaq üçün gəlmişəm, mənə niyə informatika keçilməlidir? Bizə məntiq, informatika keçirdilər. O qədər lüzumsuz dərslər keçirilirdi ki, bu gün nə o dərsləri, nə də o müəllimləri xatırlayıram. Axı rejissora bu lazım deyil. Magistr təhsili üçün Türkiyəyə gəldim. Mən təhsil sistemimizdə nə qədər boşluqların olduğunun fərqinə vardım. Ona görə də insanlarda belə bir fikir formalaşıb ki, Azərbaycanda universitet oxumaq vaxt itkisidir. Çünki, təhsili bitirdikdən sonra işsiz qalırlar. Gedib haradasa, kimdənsə minnət götürə-götürə nəsə öyrənir. Ya da gedir başqa sahədə işləyir".
Ali məktəblərin yerləşməsi
K.Əliyev bildirir ki, sözügedən universitetin yeri mütləq dəyişdirilməlidir: "Ümumiyyətlə, meqapolislərdə universitetlərin olmasını doğru hesab etmirəm. Bakı da Azərbaycanın meqapolisidir. Yaxşı olar ki, universitetlərin, xüsusən də incəsənət universitetlərinin – Rəssamlıq Akademiyası, Konservatoriya, Musiqi Akademiyası və s. yeri dəyişilsin. Çünki, olduqca dar məkandır. Biz hər hansısa qısametrajlı film çəkmək üçün məşq etməyə, ssenarinin müzakirəsini etməyə yer tapa bilmirdik. Bu barədə ən çox əziyyət çəkənlər teatr fakültəsində oxuyanlar idi. Çünki, onlar məşq etməyə yer tapa bilmirdilər. Həm də yaradıcı insan dar məkanda, küçədən keçən avtomobillərin siqnallarının fonunda hansı yaradıcı məhsulu ortaya qoya bilər? ".
Tələbəyə nə keçilməlidir?
Ötən il Azərbaycan Milli Konservatoriyasının Solo oxuma (milli vokal) ixtisasını bitirən Pərvin Səfərov qeyd edir ki, bitirdiyi təhsil ocağında tələbələr o qədər lazımsız dərslərlə yüklənirdi ki, öz ixtisasını öyrənə bilmirdilər: "İki ilimiz qeyri-ixtisas fənlərinə getdi. Bizə "Rus dili", "İnformatika", "Azərbaycan dili", "Məntiq" kimi fənlər keçirilirdi. Etiraz edəndə də deyirdilər ki, "bu sizin inkişafınız üçündür". Onsuz da ali təhsil ocağına gələn tələbə imtahan verib gəlir. Bir semestr ərzində tələbə rus dili və ya başqa dili öyrənə bilməyəcək. Tələbə ali məktəbə ona görə daxil olur ki, sənətinə dərindən yiyələnsin. Amma bizdə tələbə kollokviumları, imtahanları düşünür. Sənət qalır kənarda. Bir də ayılır ki, artıq vaxt azalıb, heç nə öyrənə bilməyib. Ondansa, yaxşı olardı ki, ixtisas fənlərinə daha çox yer ayrılsın. Mənə isim, sifət, zərf keçmək əvəzinə, "Nitq mədəniyyəti" dərsini keçsinlər".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev bildirir ki, bu il sözügedən universitetdə qeyri-ixtisas fənlərinin sayı xeyli azalıb: "Elə baza fənləri var ki, mütləq keçirilməldir. İstər rejissor, istər operator, istərsə də digər sənət adamlarının müəyyən bilgiləri olmaldır, savadlı olmaldır. İmkan dərəcəsində çalışdıq ki, biz qeyri-ixtisasları ixtisasla əvəz edək. Hazırda universitetimizdə təkcə "Kinooperator" ixtisası üzrə 11 ixtisas fənni var. Birinci kursda foto idi, ikinci kursdan artıq çəkilişlər aparırlar. Məsələn, yeni bir fənn tədris olunur – "Layinənin təqdimat mədəniyyəti". Həmin dərsdə gələcəyin rejissorları gələcək piçinqlərə hazırlayırıq ki, sponsorların, prodüserlərin qarşısında öz ssenarilərini təqdim etməyi öyrənsilər".
Bundan başqa, professor yeni dərsliklərin yazıldığını vurğuladı. R,Quliyev əlavə etdi ki, onların vasitəsi ilə tələbələr müsair texnologiyadan istifadəni öyrənə bilərlər. "Rejissorluq" fakültəsi ilə yanaşı, "Aktyorluq" fakültəsinə də yeni dərslər təyin olunub: "Çünki, əvvəllər universitetdə ancaq teatr üçün aktyor yetişdirilidi. İndi isə aktyorların gələcəkdə kinorejissorla necə işləmə öyrənməlidir, aktyor kamera qarşısında necə davranmağı öyrənməlidir, onu da öyrədirik. Əvvəllər bu fənn tədris olunmurdu, indi isə tədris olunur. Əslində, biz də bilirik ki, boşluqlar var, zamanla o problemləri aradan qaldırmağa çalışırıq. Eyni zamanda biz Elm və Təhsil nazirliyindən də asılıyıq. Onların da qoyduğu tələbləri həyata keçirmək məcburiyyətindəyik" .