https://sputnik.az/20230220/turkiyenin-hatay-vilayetinde-64-balliq-daha-bir-zelzele-qeyde-alinib---dagintilar-var-451979420.html
Türkiyədə daha iki zəlzələdən sonra sunami təhlükəsi elan olunub - yaralılar var
Türkiyədə daha iki zəlzələdən sonra sunami təhlükəsi elan olunub - yaralılar var
Sputnik Azərbaycan
Bazar ertəsi axşam saatlarında Hatay vilayətində 5.8 və 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T22:31+0400
2023-02-20T22:31+0400
2023-02-20T22:58+0400
dünya xəbərləri
türkiyə
zəlzələ
suriya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697785_0:160:3072:1888_1920x0_80_0_0_955b1852db4a64dc0445fc4a8b68529b.jpg
BAKI, 20 fevral - Sputnik. Türkiyə hakimiyyəti Hatay vilayətində daha çox zəlzələdən sonra suyun səviyyəsinin qalxması riski ilə əlaqədar vətəndaşları dənizə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.“Zəlzələlərdən sonra dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskini nəzərə alaraq, vətəndaşlardan dəniz sahilinə yaxınlaşmamaları xahiş olunur”, - deyə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasında deyilir.Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması səbəbindən İsgəndərun şəhərinin küçələrinin bir hissəsi su altında qalıb.***Bu gün Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Yeraltı təkanlar yerli vaxtla saat 20.04-də (Bakı vaxtı ilə 21.04) baş verib.“Yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətinin Deine bölgəsində 6,4 bal gücündə zəlzələ qeydə alınıb”, - deyə AFAD-ın açıqlamasında deyilir.Bundan əlavə, bazar ertəsi axşam avropalı seysmoloqlar Suriya və Türkiyə sərhədində 6,3 bal gücündə zəlzələ barədə məlumat veriblər. CNN Türk-ün müxbiri hiss olunan yeraltı təkanlar və dağıntılar barədə məlumat verib.AFAD yerli vaxtla 20.07-də (Bakı vaxtı ilə 21.07) 5,8 bal gücündə daha bir zəlzələnin qeydə alınması barədə olduğunu bildirib.“Yerli vaxtla saat 20:07-də Türkiyənin Hatay vilayətində episentri Samandağ rayonunda olan, 5,8 bal gücündə zəlzələ baş verib”, - deyə qurumdan bildirilib.Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Hatay vilayətinə səfər edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697785_171:0:2902:2048_1920x0_80_0_0_55dbc8eb5360f357f556e9a52f3a48d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, zəlzələ, suriya
Türkiyədə daha iki zəlzələdən sonra sunami təhlükəsi elan olunub - yaralılar var
22:31 20.02.2023 (Yenilənib: 22:58 20.02.2023) Bazar ertəsi axşam saatlarında Hatay vilayətində 5.8 və 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
BAKI, 20 fevral - Sputnik. Türkiyə hakimiyyəti Hatay vilayətində daha çox zəlzələdən sonra suyun səviyyəsinin qalxması riski ilə əlaqədar vətəndaşları dənizə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
“Zəlzələlərdən sonra dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskini nəzərə alaraq, vətəndaşlardan dəniz sahilinə yaxınlaşmamaları xahiş olunur”, - deyə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasında deyilir.
Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması səbəbindən İsgəndərun şəhərinin küçələrinin bir hissəsi su altında qalıb.
Bu gün Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 20.04-də (Bakı vaxtı ilə 21.04) baş verib.
“Yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətinin Deine bölgəsində 6,4 bal gücündə zəlzələ qeydə alınıb”, - deyə AFAD-ın açıqlamasında deyilir.
Bundan əlavə, bazar ertəsi axşam avropalı seysmoloqlar Suriya və Türkiyə sərhədində 6,3 bal gücündə zəlzələ barədə məlumat veriblər. CNN Türk-ün müxbiri hiss olunan yeraltı təkanlar və dağıntılar barədə məlumat verib.
AFAD yerli vaxtla 20.07-də (Bakı vaxtı ilə 21.07) 5,8 bal gücündə daha bir zəlzələnin qeydə alınması barədə olduğunu bildirib.
“Yerli vaxtla saat 20:07-də Türkiyənin Hatay vilayətində episentri Samandağ rayonunda olan, 5,8 bal gücündə zəlzələ baş verib”, - deyə qurumdan bildirilib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Hatay vilayətinə səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.