https://sputnik.az/20230220/turkiyede-tehsil-alan-azerbaycanlilarin-sayi-aciqlanib-451965055.html
Türkiyədə təhsil alan azərbaycanlıların sayı açıqlanıb
Türkiyədə təhsil alan azərbaycanlıların sayı açıqlanıb
Sputnik Azərbaycan
Azərbaycanlı tələbələr Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T19:01+0400
2023-02-20T19:01+0400
2023-02-20T22:06+0400
tələbə
təhsil
türkiyə
azərbaycanlı
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_0:0:3077:1731_1920x0_80_0_0_afb59f2a01f4aabf9b43fc21915438ac.jpg
BAKI, 20 fevral — Sputnik. 2022-2023-cü tədris ilində Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, ötən il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28 500-ü ötüb.Tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər. Qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfər təşkil edib.Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır.Amma xaricdə təhsil alanların sayı təkcə Türkiyədə təhsil alanlarla məhdudlaşmır. Hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_43:0:2772:2047_1920x0_80_0_0_5483a27c24c343a4d559228f10585792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tələbə, türkiyə, azərbaycanlı, zəlzələ
tələbə, türkiyə, azərbaycanlı, zəlzələ
Türkiyədə təhsil alan azərbaycanlıların sayı açıqlanıb
19:01 20.02.2023 (Yenilənib: 22:06 20.02.2023) Azərbaycanlı tələbələr Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.
BAKI, 20 fevral — Sputnik. 2022-2023-cü tədris ilində Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, ötən il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28 500-ü ötüb.
Tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfər təşkil edib.
Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır.
Amma xaricdə təhsil alanların sayı təkcə Türkiyədə təhsil alanlarla məhdudlaşmır. Hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.