CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsiz şəxslərə 200 manat veriləcəkmi? - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Qurum açıqlamasında vətəndaşlaırn hansı hallarda DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə biləcəyini açıqlayıb.
BAKI, 20 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərə 200 manat verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Məsələ ilə bağlı rəsmi olaraq bildiririk ki, hazırda "Məşğulluq haqqında" Qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil. Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız Qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər".
Qeyd olunub ki, yuxarıda qeyd olunan hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə bilər.
"Bir daha qeyd edirik ki, yayılan məlumatlarda qeyd edildiyi kimi, işsiz kimi qeydiyyatda olan şəxslərə hər hansı ödənişin verilməsi məsələsi gündəmdə deyil. Vətəndaşlardan ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyan bu dezinformasiyalara inanmamağı, yalnız rəsmi məlumatları əsas götürməyi xahiş edirik", - deyə qurumun açıqlamasında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0