https://sputnik.az/20230220/oten-ay-azerbaycana-en-cox-turist-rusiyadan-gelib-451964912.html
Ötən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib
Ötən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib
Sputnik Azərbaycan
Ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T23:32+0400
2023-02-20T23:32+0400
2023-02-20T23:32+0400
turist
cəmiyyət
dövlət statistika komitəsi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40824/09/408240917_0:0:2000:1125_1920x0_80_0_0_33aba47ff9cbe7f6e1a74fd2ee4283bc.jpg
BAKI, 20 fevral — Sputnik. Ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatda bildirilib ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb. 2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub. 2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb.Ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40824/09/408240917_175:0:1882:1280_1920x0_80_0_0_8cd9d65956e0aa3e914e1c676a18d313.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
turist, dövlət statistika komitəsi, azərbaycan
turist, dövlət statistika komitəsi, azərbaycan
BAKI, 20 fevral — Sputnik. Ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatda bildirilib ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb.
2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.
2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb.
Ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.