https://sputnik.az/20230220/olkede-660-min-esas-nagd-pul-nisanina-cemi-1-eded-saxta-pul-nisani-dusur---amb-451947274.html
Ölkədə 660 min əsas nağd pul nişanına cəmi 1 ədəd saxta pul nişanı düşür - AMB
Ölkədə 660 min əsas nağd pul nişanına cəmi 1 ədəd saxta pul nişanı düşür - AMB
Sputnik Azərbaycan
Ötən iki ildə saxtakarlıq hallarının əksəriyyəti 100 manatlıq əskinaslarla bağlı olub. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T12:52+0400
2023-02-20T12:52+0400
2023-02-20T12:52+0400
pul
cəmiyyət
amb
saxta
https://cdnn1.img.sputnik.az/img/40803/43/408034304_0:0:1800:1014_1920x0_80_0_0_1a445c497f5d4a6e327728de9248ceb2.jpg
BAKI, 20 fevral — Sputnik. "Azərbaycan Mərkəzi Bankı haqqında" Qanuna nağd pula olan minimal tələblərin müəyyən edilməsi ilə bağlı dəyişikliklər ediləcək. "Report" xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib. O qeyd edib ki, bununla bağlı Mərkəzi Bank artıq monitorinqlərə start verib:Ekspertiza şöbəsinin rəisi bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni "Cash Center" nağd pul mərkəzini yaradılmasını planlaşdırır. O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir. Yeni yaradılacaq "Cash Center" tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq. Nəsib Pənahlı onu da qeyd edib ki, 2006-cı ildən 2022-ci ilə kimi Azərbaycanda 10 095 ədəd saxta pul nişanı aşkar edilib. O bildirib ki, son 4 ildə bununla bağlı 20 cinayət işi açılıb. 2017-ci ildən sonra milli valyutanın saxtalaşadırılmasında azalma, lakin son 6 altı ildə saxta 100 manatlıq əskinasların artım tempi müşahidə edilir. Belə ki, 2021-ci il 358 saxtakarlıq halından 252-si, ötən il 452 haldan 323-ü məhz 100 manatlıq əskinaslarla bağlı olub. O əlavə edib ki, bununla belə Azərbaycanda saxta pul nişanları ilə bağlı aşkar edilən hallar beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır:"Azərbaycanda tədavüldə hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu isə beynəlxalq göstəricilərlə müqayisədə azdır. Rusiyada bu göstərici 165 min ədəd, Avropada isə 80 min ədəd təşkil edir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40803/43/408034304_259:0:1726:1100_1920x0_80_0_0_7d02339d8633e7359a7d097f7eb83d56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pul, amb, saxta
Ölkədə 660 min əsas nağd pul nişanına cəmi 1 ədəd saxta pul nişanı düşür - AMB
Ötən iki ildə saxtakarlıq hallarının əksəriyyəti 100 manatlıq əskinaslarla bağlı olub.
BAKI, 20 fevral — Sputnik. "Azərbaycan Mərkəzi Bankı haqqında" Qanuna nağd pula olan minimal tələblərin müəyyən edilməsi ilə bağlı dəyişikliklər ediləcək. "Report" xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.
O qeyd edib ki, bununla bağlı Mərkəzi Bank artıq monitorinqlərə start verib:
"Çalışırıq ki, əhali pul nişanları ilə davranış mədəniyyətini daim üstün tutsun. Pul nişanlarını nə qədər düzgün saxlayıb, istifadə etsək bir o qədər az maliyyə itkisi yaşayarıq və pul nişanlarının qorunması baxımından daha çox uğur qazanmış olarıq".
Ekspertiza şöbəsinin rəisi bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni "Cash Center" nağd pul mərkəzini yaradılmasını planlaşdırır. O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir. Yeni yaradılacaq "Cash Center" tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq.
Nəsib Pənahlı onu da qeyd edib ki, 2006-cı ildən 2022-ci ilə kimi Azərbaycanda 10 095 ədəd saxta pul nişanı aşkar edilib. O bildirib ki, son 4 ildə bununla bağlı 20 cinayət işi açılıb. 2017-ci ildən sonra milli valyutanın saxtalaşadırılmasında azalma, lakin son 6 altı ildə saxta 100 manatlıq əskinasların artım tempi müşahidə edilir. Belə ki, 2021-ci il 358 saxtakarlıq halından 252-si, ötən il 452 haldan 323-ü məhz 100 manatlıq əskinaslarla bağlı olub.
O əlavə edib ki, bununla belə Azərbaycanda saxta pul nişanları ilə bağlı aşkar edilən hallar beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır:
"Azərbaycanda tədavüldə hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu isə beynəlxalq göstəricilərlə müqayisədə azdır. Rusiyada bu göstərici 165 min ədəd, Avropada isə 80 min ədəd təşkil edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.