https://sputnik.az/20230220/horadiz-agbend-demir-yolu-xetti-uzre-erazi-minadan-temizlenib-451958987.html
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə ərazi minadan təmizlənib
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə ərazi minadan təmizlənib
Sputnik Azərbaycan
Layihə üzrə 9 stansiya, 469 ədəd mühəndis qurğusu, 70 ədəd yoldəyişən, 110.4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T15:28+0400
2023-02-20T15:28+0400
2023-02-20T15:34+0400
horadiz
cəmiyyət
ağbənd qəsəbəsi
dəmir yolu
mina
https://cdnn1.img.sputnik.az/img/40974/14/409741479_0:100:1920:1180_1920x0_80_0_0_9d71efc3466af5381c13acdeec92fa22.jpg
BAKI, 20 fevral — Sputnik. Bu gün Azərbaycan Dəmir Yolları QSC-nin təşkilatçılığı ilə media nümayəndələrinin əraziyə media-turu təşkil olunub. Bildirilib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin 110,4 kilometrlik hissəsinin tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km-dir. Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu, (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110.4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub. Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ağbənd qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40974/14/409741479_108:0:1813:1279_1920x0_80_0_0_ade29df4a7f030e91b0d4d1f387e9e26.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
horadiz, ağbənd qəsəbəsi, dəmir yolu, mina
horadiz, ağbənd qəsəbəsi, dəmir yolu, mina
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə ərazi minadan təmizlənib
15:28 20.02.2023 (Yenilənib: 15:34 20.02.2023) Layihə üzrə 9 stansiya, 469 ədəd mühəndis qurğusu, 70 ədəd yoldəyişən, 110.4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
BAKI, 20 fevral — Sputnik. Bu gün Azərbaycan Dəmir Yolları QSC-nin təşkilatçılığı ilə media nümayəndələrinin əraziyə media-turu təşkil olunub. Bildirilib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin 110,4 kilometrlik hissəsinin tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km-dir. Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu, (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110.4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.