https://sputnik.az/20230220/deputatdan-a-missiyasina-keskin-reaksiya-bu-regiona-sulh-ve-tehlukesizlik-ved-etmir-451956346.html
Deputatdan Aİ missiyasına kəskin reaksiya: bu, regiona sülh və təhlükəsizlik vəd etmir
Deputatdan Aİ missiyasına kəskin reaksiya: bu, regiona sülh və təhlükəsizlik vəd etmir
Sputnik Azərbaycan
Millət vəkili qeyd edib ki, mülkü missiyanın Ermənistana göndərilməsi regional təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T14:51+0400
2023-02-20T14:51+0400
2023-02-20T22:48+0400
ai
siyasət
millət vəkili
missiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42336/84/423368496_0:24:1000:587_1920x0_80_0_0_ff956fa419890f496d9d06bcfb569f5e.jpg
BAKI, 20 fevral — Sputnik. Avropa İttifaqının Ermənistana növbəti, uzunmüddətli missiya göndərməsi narahatlıq doğurur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Elşad Mirbəşiroğlu bildirib. Millət vəkili qeyd edib ki, sanki, otuz il münaqişənin tənzimlənməsilə deyil, idarə olunması ilə məşğul olmuş ATƏT-in Minsk Qrupu (MQ) Avropa İttifaqının mülki missiyasına transfer edilib: “Elə mandatları arasında oxşarlıq da bunu deməyə əsas verir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin eyni platformada fəaliyyət göstərmələri və beləliklə, MQ-nin aktual saxlamaq qeyri-mümkün oldu. Belə olan halda hesab edirəm ki, başqa bir platforma üzərindən yenə də əvvəlki missiyanın davam etdirilməsinə cəhd edilməkdədir. Yəni, Aİ-nin mülkü missiyası da heç bir halda regiona sülh və təhlükəsizlik vəd etmir. Tam əksinə, mülkü missiyanın Ermənistana göndərilməsi regional təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır”. Millət vəkili hesab edir ki, bu mülkü missiya legitim xarakter daşımır:Deputat onu da bildirib ki, indiki halda Aİ Azərbaycanın rəyini soruşmadan mülkü missiyanın Ermənistana göndərilməsi haqqında qərar qəbul edib:"Ayrıca olaraq, narahatlıq yaradan məqam həm də ondan ibarətdir ki, mülkü missiyanın tərkibində Fransa və Almaniyanın güc strukturlarının təmsilçiləri də var. Bütün bunlar onu göstərir ki, göndərilən missiya heç də mülkü deyil. Ayrıca olaraq da, Avropa Rusiya ilə geosiyasi münasibətlərinə Cənubi Qafqaz regionunda aydınlıq gətirmək istəyir. Bu da region üçün təhlükəlidir”, - deyə millət vəkili fikrini tamamlayıb.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42336/84/423368496_184:0:1000:612_1920x0_80_0_0_756f3fa8eccd3a6a4e70d41a92e4c39f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, millət vəkili, missiya, ermənistan
ai, millət vəkili, missiya, ermənistan
Deputatdan Aİ missiyasına kəskin reaksiya: bu, regiona sülh və təhlükəsizlik vəd etmir
14:51 20.02.2023 (Yenilənib: 22:48 20.02.2023) Millət vəkili qeyd edib ki, mülkü missiyanın Ermənistana göndərilməsi regional təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
BAKI, 20 fevral — Sputnik. Avropa İttifaqının Ermənistana növbəti, uzunmüddətli missiya göndərməsi narahatlıq doğurur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Millət vəkili qeyd edib ki, sanki, otuz il münaqişənin tənzimlənməsilə deyil, idarə olunması ilə məşğul olmuş ATƏT-in Minsk Qrupu (MQ) Avropa İttifaqının mülki missiyasına transfer edilib:
“Elə mandatları arasında oxşarlıq da bunu deməyə əsas verir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin eyni platformada fəaliyyət göstərmələri və beləliklə, MQ-nin aktual saxlamaq qeyri-mümkün oldu. Belə olan halda hesab edirəm ki, başqa bir platforma üzərindən yenə də əvvəlki missiyanın davam etdirilməsinə cəhd edilməkdədir. Yəni, Aİ-nin mülkü missiyası da heç bir halda regiona sülh və təhlükəsizlik vəd etmir. Tam əksinə, mülkü missiyanın Ermənistana göndərilməsi regional təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır”.
Millət vəkili hesab edir ki, bu mülkü missiya legitim xarakter daşımır:
“Çünki, iki subyekt arasında hansısa münasibətlərin tənzimlənməsi və ya normallaşdırılması istiqamətində başqa bir subyektin fəaliyyəti həyata keçirilirsə, bu, mütləq hər iki tərəflə razılaşdırılmalıdır".
Deputat onu da bildirib ki, indiki halda Aİ Azərbaycanın rəyini soruşmadan mülkü missiyanın Ermənistana göndərilməsi haqqında qərar qəbul edib:
"Ayrıca olaraq, narahatlıq yaradan məqam həm də ondan ibarətdir ki, mülkü missiyanın tərkibində Fransa və Almaniyanın güc strukturlarının təmsilçiləri də var. Bütün bunlar onu göstərir ki, göndərilən missiya heç də mülkü deyil. Ayrıca olaraq da, Avropa Rusiya ilə geosiyasi münasibətlərinə Cənubi Qafqaz regionunda aydınlıq gətirmək istəyir. Bu da region üçün təhlükəlidir”, - deyə millət vəkili fikrini tamamlayıb.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.