CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşımalarında hansı dəyişikliklər olub?

© Sputnik / Irade JELILPirallahıda gəmilər
Pirallahıda gəmilər - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 ABŞ dolları deyil, 200 ABŞ dolları təşkil edir.
BAKI, 20 fevral — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) martın 1-dən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edib. Bu barədə ASCO məlyumat yayıb.
Bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1 072 ABŞ dolları əvəzinə 1 000 ABŞ dolları həcmində müəyyənləşdirilib.
Məlumatda bildirilir ki, Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1 716 ABŞ dolları deyil, 1 600 ABŞ dolları olacaq. Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq.
ASCO qeyd edir ki, fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 ABŞ dolları deyil, 200 ABŞ dolları təşkil edir.
Bildirilir ki, tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0