https://sputnik.az/20230220/azerbaycanin-azot-gubresi-ixracindan-gelirleri-keskin-artib-451973288.html
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri kəskin artıb
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri kəskin artıb
Sputnik Azərbaycan
2022-ci ildə Azərbaycandan xaricə 209,7 milyon dollar dəyərində 360 min 176 ton azot gübrəsi ixrac edilib. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T19:35+0400
2023-02-20T19:35+0400
2023-02-20T19:35+0400
gübrə
iqtisadiyyat
azərbaycan
ixrac
artım
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304923_0:119:1280:839_1920x0_80_0_0_760aeccd84e9ea4239b5bed8208ed2cd.jpg
BAKI, 20 fevral — Sputnik. Azərbaycanın azot gübrəsi ixracından gəlirləri kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan xaricə 209,7 milyon dollar dəyərində 360 min 176 ton azot gübrəsi ixrac edilib. Bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 77%, miqdar ifadəsində isə 11,65% çoxdur. Azərbaycan gübrə ixracı ilə yanaşı, idxal da edir. Belə ki, 2022-ci il ərzində ölkəyə 85,6 milyon dollar məbləğində 103,3 min ton gübrə idxal edilib. İdxal edilən gübrənin 19,6%-i azot gübrəsinin, 5,8%-i kalium, 74,6%-i isə mürəkkəb gübrənin payına düşür. 2022-ci ildə Azərbaycan 537,1 min ton gübrə və azot birləşmələri istehsal edib. Mineral gübrələrin və pestisidlərin satışı Qeyd edək ki, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 12 mart tarixli Fərmanına əsasən, mineral gübrə almaq istəyən fermerlər "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional nümayəndəlikləri, rayon bölmələri və səyyar satış xidmətlərindən əldə edirlər. Mineral gübrə və pestisidlərin dəyərinin hamısını "Fermer kartı" ilə ödəməklə əldə edə bilərsiniz. Mineral gübrə almaq üçün tələb olunan sənədlər: Məsələn, ammonium-nitrat gübrəsinin 1 kisənin (50 kq) satış qiyməti 43 AZN-dir. Karbamid gübrəsinin 1 kisənin (40 kq) satış qiyməti 20 AZN-dir. Onu da bildirək ki, karbamid dünyada mövcud olan azotlu gübrələrin içərisində ən geniş istifadə olunan gübrədir. Ağ rəngdə olan bu gübrə suda asanlıqla həll oluna bilir. Tərkibində təsiredici maddə hesabı ilə 46%-ə qədər azot elementi olan karbamid gübrəsi hiqroskopik olmaqla havada olan nəmliyi sürətlə özünə çəkmək qabiliyyətinə malikdir. Gübrələr əsasən Rusiyadan gətirilir Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkəyə idxal edilmiş azot gübrəsi əsasən Rusiyanın payına düşüb. Sonrakı yerlərdə isə Slovakiya, Gürcüstan və digər ölkələr gəlir. İdxal edilmiş kalium gübrəsi də əsasən Rusiyadan gətirilib. Sonrakı yerlərdə İsrail, Belarus və digər ölkələr var. Dekabr ayında dünyada kalium gübrəsinin qiyməti əvvəlki aya nisbətən sabit qalıb, fosfor və azot gübrələrinin qiyməti isə müvafiq olaraq 6,5% və 11,8% azalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304923_2:0:1279:958_1920x0_80_0_0_c515331e450cb100e59f811e953beed7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gübrə, azərbaycan, ixrac, artım
gübrə, azərbaycan, ixrac, artım
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri kəskin artıb
2022-ci ildə Azərbaycandan xaricə 209,7 milyon dollar dəyərində 360 min 176 ton azot gübrəsi ixrac edilib.
BAKI, 20 fevral — Sputnik. Azərbaycanın azot gübrəsi ixracından gəlirləri kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan xaricə 209,7 milyon dollar dəyərində 360 min 176 ton azot gübrəsi ixrac edilib. Bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 77%, miqdar ifadəsində isə 11,65% çoxdur.
Azərbaycan gübrə ixracı ilə yanaşı, idxal da edir. Belə ki, 2022-ci il ərzində ölkəyə 85,6 milyon dollar məbləğində 103,3 min ton gübrə idxal edilib. İdxal edilən gübrənin 19,6%-i azot gübrəsinin, 5,8%-i kalium, 74,6%-i isə mürəkkəb gübrənin payına düşür.
2022-ci ildə Azərbaycan 537,1 min ton gübrə və azot birləşmələri istehsal edib.
Mineral gübrələrin və pestisidlərin satışı
Qeyd edək ki, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 12 mart tarixli Fərmanına əsasən, mineral gübrə almaq istəyən fermerlər "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional nümayəndəlikləri, rayon bölmələri və səyyar satış xidmətlərindən əldə edirlər. Mineral gübrə və pestisidlərin dəyərinin hamısını "Fermer kartı" ilə ödəməklə əldə edə bilərsiniz.
Mineral gübrə almaq üçün tələb olunan sənədlər:
Məsələn, ammonium-nitrat gübrəsinin 1 kisənin (50 kq) satış qiyməti 43 AZN-dir. Karbamid gübrəsinin 1 kisənin (40 kq) satış qiyməti 20 AZN-dir.
Onu da bildirək ki, karbamid dünyada mövcud olan azotlu gübrələrin içərisində ən geniş istifadə olunan gübrədir. Ağ rəngdə olan bu gübrə suda asanlıqla həll oluna bilir. Tərkibində təsiredici maddə hesabı ilə 46%-ə qədər azot elementi olan karbamid gübrəsi hiqroskopik olmaqla havada olan nəmliyi sürətlə özünə çəkmək qabiliyyətinə malikdir.
Gübrələr əsasən Rusiyadan gətirilir
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkəyə idxal edilmiş azot gübrəsi əsasən Rusiyanın payına düşüb. Sonrakı yerlərdə isə Slovakiya, Gürcüstan və digər ölkələr gəlir.
İdxal edilmiş kalium gübrəsi də əsasən Rusiyadan gətirilib. Sonrakı yerlərdə İsrail, Belarus və digər ölkələr var.
Dekabr ayında dünyada kalium gübrəsinin qiyməti əvvəlki aya nisbətən sabit qalıb, fosfor və azot gübrələrinin qiyməti isə müvafiq olaraq 6,5% və 11,8% azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.