Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев на пресс-конференции по итогам переговоров после подписания декларации о союзническом взаимодействии - Sputnik Azərbaycan, 1920
Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni iki ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putin 2021-ci il fevralın 22-də imzalayıblar. 43 bənddən ibarət bəyannamə dövlətlər arasında qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.

Azərbaycan-Rusiya: Müttəfiq Bəyannaməsinin ildönümü

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidİlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Bakı-Moskva videokörpüsündə hər iki ölkənin aparıcı politoloqları bir araya gələcək.
BAKI, 20 fevral — Sputnik. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan ilə Rusiya prezidentləri arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb ki, bu da dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Sənəd iki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərini, o cümlədən iqtisadi, siyasi-strateji, sosial və digər sahələrini əhatə edir.
Bəyannamənin imzalanmasından sonra ölkələrin qarşılıqlı fəaliyyətində nə dəyişib? Görüşlərdən və birgə qərarlardan hansı ən vacib olub? Gələcək əməkdaşlığın perspektivləri nədən ibarətdir?
Bu və digər aktual məsələlər fevralın 22-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı-Moskva videokörpüsündə hər iki ölkənin aparıcı politoloqları tərəfindən müzakirə olunacaq:
Bakıda:
politoloq Sahil İsgəndər,
Moskvada:
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov,
Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsova.
Tədbir Sputnik Azərbaycan səhifəsində Tik Tok və Facebook* sosial şəbəkələrində yayımlanacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84-85
Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında yerləşir.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Xəbər lenti
0