https://sputnik.az/20230220/azad-edilmis-erazilere-kecmek-isteyen-sexsler-hebs-olunub-451961299.html
Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər həbs olunub
Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər həbs olunub
Sputnik Azərbaycan
Saxlanılan şəxslər barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T16:14+0400
2023-02-20T16:14+0400
2023-02-20T16:14+0400
həbs
işğaldan azad edilmiş ərazilər
qanunsuz
vətəndaş
din
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1d/425595705_590:652:3072:2048_1920x0_80_0_0_9c72b25f59aa3d726707ffa7efc95b22.jpg
BAKI, 20 fevral — Sputnik. Mina və digər partlayıcı vasitələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub. Xatırladaq ki, bir müddət öncə də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib.Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1d/425595705_1229:666:3072:2048_1920x0_80_0_0_866443c92eddd5d33bf38617db355e03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbs, işğaldan azad edilmiş ərazilər, qanunsuz, vətəndaş, din
həbs, işğaldan azad edilmiş ərazilər, qanunsuz, vətəndaş, din
Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər həbs olunub
Saxlanılan şəxslər barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
BAKI, 20 fevral — Sputnik. Mina və digər partlayıcı vasitələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.
Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Xatırladaq ki, bir müddət öncə də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib.
Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.