https://sputnik.az/20230219/zaxarova-makronun-rusiya-barede-sozlerini-serh-edib-451931878.html
Zaxarova Makronun Rusiya barədə sözlərini şərh edib
Zaxarova Makronun Rusiya barədə sözlərini şərh edib
Sputnik Azərbaycan
Mariya Zaxarova Fransanın bütün sənədlərdə Rusiyanı özünə rəqib kimi göstərən NATO-nun üzvü olduğunu xatırladıb. 19.02.2023, Sputnik Azərbaycan
2023-02-19T19:09+0400
2023-02-19T19:09+0400
2023-02-19T19:34+0400
emmanuel makron
dünya xəbərləri
fransa
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 19 fevral — Sputnik. Fransa prezidentinin belə deməyinə baxmayaraq, Fransa Rusiyanın məğlubiyyətini və darmadağın olmağını istəyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna əmindir. Diplomat Fransa Prezidenti Emmanuel Makronun Parisin heç vaxt “Rusiyanı məğlub görmək istəmədiyi və bir sıra Şərqi Avropa ölkələrindən fərqli olaraq belə bir mövqeyi dəstəkləməyəcəyi” barədə bəyanatını “Telegram”da şərh edib. Zaxarovanın fikrincə, 1812-ci ildə Rusiyaya hücum kontekstində “heç vaxt” sözü yersizdir. O, “Fransanın Makronla başlamadığını” qeyd edərək, dövlət səviyyəsində hörmət edilən və Parisin mərkəzində dəfn olunan Napoleonun qalıqlarını xatırladıb. Bundan əlavə, Fransa bütün sənədlərdə Rusiyanı özünə rəqib kimi göstərən NATO-nun üzvüdür. bununla həmrəy olan Paris isə Rusiyanın qələbəsinin yolverilməzliyi ilə bağlı bəyanatları dəstəkləyərək Kiyevi silahla təmin edir. Bundan, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fikrincə, yalnız bir məntiqi nəticə çıxarmaq olar: onlar bizim məğlubiyyətimizi arzulayırlar. "Hələ çox arzulayacaqlar və arzulamaqdan bezəcəklər" - deyə Zaxarova sözünü bitirib.
https://sputnik.az/20230219/makron-rusiyani-mehv-etmek-movqeyini-desteklemeyeceyini-bildirib-451919157.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
emmanuel makron, fransa, rusiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
emmanuel makron, fransa, rusiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova Makronun Rusiya barədə sözlərini şərh edib
19:09 19.02.2023 (Yenilənib: 19:34 19.02.2023) Mariya Zaxarova Fransanın bütün sənədlərdə Rusiyanı özünə rəqib kimi göstərən NATO-nun üzvü olduğunu xatırladıb.
BAKI, 19 fevral — Sputnik. Fransa prezidentinin belə deməyinə baxmayaraq, Fransa Rusiyanın məğlubiyyətini və darmadağın olmağını istəyir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna əmindir.
Diplomat Fransa Prezidenti Emmanuel Makronun Parisin heç vaxt “Rusiyanı məğlub görmək istəmədiyi və bir sıra Şərqi Avropa ölkələrindən fərqli olaraq belə bir mövqeyi dəstəkləməyəcəyi” barədə bəyanatını “Telegram”da şərh edib.
Zaxarovanın fikrincə, 1812-ci ildə Rusiyaya hücum kontekstində “heç vaxt” sözü yersizdir. O, “Fransanın Makronla başlamadığını” qeyd edərək, dövlət səviyyəsində hörmət edilən və Parisin mərkəzində dəfn olunan Napoleonun qalıqlarını xatırladıb.
Bundan əlavə, Fransa bütün sənədlərdə Rusiyanı özünə rəqib kimi göstərən NATO-nun üzvüdür. bununla həmrəy olan Paris isə Rusiyanın qələbəsinin yolverilməzliyi ilə bağlı bəyanatları dəstəkləyərək Kiyevi silahla təmin edir. Bundan, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fikrincə, yalnız bir məntiqi nəticə çıxarmaq olar: onlar bizim məğlubiyyətimizi arzulayırlar.
"Hələ çox arzulayacaqlar və arzulamaqdan bezəcəklər" - deyə Zaxarova sözünü bitirib.