Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb

© AP Photo / Bernat ArmangueTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 19.02.2023
Abunə olmaq
Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.
BAKI, 19 fevral - Sputnik. Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb.
“İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk”, - o vurğulayıb.
Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Xəbər lenti
0