DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban Aİ-ni Rusiya ilə deyil, inflyasiya ilə mübarizəyə çağırıb

© AP Photo / Darko Vojinovic Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 19.02.2023
Abunə olmaq
Macarıstan hökumətinin başçısı növbəti dəfə Avropa İttifaqını Rusiyaya görə tənqid edib.
BAKI, 19 fevral - Sputnik. Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı Rusiyaya yönəlmiş, lakin Avropaya zərər vuran “hərbi siyasətin silahı” olan yeni sanksiyalar tətbiq etməkdənsə, əsas diqqətini inflyasiya ilə mübarizəyə yönəltməlidir.
"Əgər Brüssel hər halda mübarizə aparmaq istəyirsə, o zaman inflyasiya ilə mübarizə aparmalıdır. Bunu etmir... Sanksiyalar Brüsselin hərbi siyasətinin silahıdır. Onlar Rusiyanı hədəfə alıblar, amma Avropaya dəyiblər", - Orban sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, “Brüssel sanksiyaları” Avropada “sanksiya inflyasiyası” adlı xəstəliyə səbəb olan “virus”dur.
Orban xatırladıb ki, Aİ sanksiyaların Ukraynadakı münaqişəyə son qoyacağına və onların Rusiya enerjisinə şamil edilməyəcəyinə “söz verib”, lakin hər iki halda bu, fərqli şəkildə baş verib.
"Bundan başqa, az adamın xəbəri var ki, Brüsseldə qazın qiyməti ilə işığın qiymətini bir-birinə bağlayıblar. Biz və polyaklar boş yerə etiraz etdik. Beləliklə, qazın qiymətinin artması dərhal elektrik enerjisinin qiymətinin artması ilə müşayiət olunur. elektrik enerjisi qaz turbinlərindən deyil, günəş enerjisindən, külək enerjisindən, hidroenergetikadan, kömürlə işləyən elektrik stansiyalarından və ya nüvə enerjisindən istifadə etməklə istehsal olunurdu”, - o, əlavə edib.
Macarıstan hökumətinin başçısı əlavə edib ki, onun ölkəsində inflyasiya ilə mübarizə tədbirləri görülür və sosial proqramlar “ailələri və biznesləri qorumaq üçün” işləyir.
Macarıstan hakimiyyəti əvvəllər dəfələrlə bəyan edib ki, Rusiya enerjisinə qarşı heç bir sanksiyaları dəstəkləməyəcəklər.
Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.
Xəbər lenti
0