CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On səkkiz yaşadək olanlara qarşı zorakılıq - Necə mübarizə aparmaq olar?

© AP Photo / Vadim Ghirdakukla
kukla - Sputnik Azərbaycan, 1920, 19.02.2023
Abunə olmaq
Komitə rəsmisi bidirir ki, erkən münasibətin qurbanı olan hər bir qadını potensial olaraq cinsi zorakılıq qurbanı kimi dəyərləndirilə bilər
BAKI, 19 fevral — Sputnik. 2022-ci il üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 gender əsaslı zorakılıqla bağlı dəstək xəttinə 269 müraciət daxil olub. Komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, müraciətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlıdır.
Zorakılıqla bağlı şikayətlərin 169-u Bakı, 100-ü isə regionlardan daxil olub. Zərərçəkənlərdən 231-i qadın olub. Onların 162-si evli, 76-sı subay, 31-i boşanmış şəxsdir. Həmçinin 81-i ali, 71-i orta təhsilli, 17-si isə təhsilsiz şəxslər olub. Şikayətçilərdən 203-nü işsiz, 66-sını çalışanlar təşkil edib. Yaş qruplarına gəlincə, şikayət edənlərin 35 nəfər 0-18, 119 nəfər 19-35, 93 nəfər 36-55 yaş aralığında, 22 nəfər isə 56 yaşdan yuxarı şəxslərdir.
Erkən yaşlarda zorakılığın qarşısını almaq üçün nə edilir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə bildirib ki, komitə tərəfindən zorakılığın bütün növləri üzrə mübarizə aparılır: "Bunun üçün həm qanunvericilik, həm də Milli Fəaliyyət Planı var, bu kimi şəxsələrə kömək üçün "860 dəstək xətti" var. Qeyd olunan dəstək xəttindən daxil olan müraciətlər bizə yönləndirilir".
O bildirir ki, 18 yaşına çatmayan şəxslərin partnyorları tərəfindən zorakılığa məruz qalma faktları daha çox qeyri-rəsmi münasibətlərdən əmələ gələn zorakılıq növləri kimi xarfakterizə edilə bilər: "Partnyor dedikdə, elə başa düşülür ki, bu iki tərəfin arasında öz istəkləri ilə yaradılmış münasibətdir, amma əksər hallarda belə olmur. Bir misal çəkim, daxil olan müraciətlərin birində bəlli oldu ki, bir ailədə 17 yaşlı qızın nikaha daxil olması üçün hazırlıqlar gedir, qızı nişanlamışdılar. Lakin qız özü bizə bu haqda məlumat verdikdən sonra sonrakı proseslərin qarşısı alındı. Amma bunadək artıq qıza qarşı psixoloji zorakılıq var idi. Ümumiyyətlə, qeyd edim ki, uşaqlara qarşı zorakılıq əksər hallarda onun öz yaxınları - ata-ana, qardaş-bacıları tərəfindən baş verən zorakılıq kimi qiymətləndirilir".
"Erkən münasibətin qurbanı olan hər bir qadını potensial olaraq cinsi zorakılıq qurbanı kimi dəyərləndirə bilərik", - deyə o əlavə edib.
Komitə rəsmisi deyir ki, sırf məişət zorakılığı ilə bağlı komitəyə 544, erkən nikahların qarşısını almaq üçün isə 22 müraciət daxil olub.
"Hansı işlər görülür", sualına cavab olaraq həmsöhbətimiz bildirir ki, hər il 200-dək maarifləndirmə tədbiri keçirilir, kvota müəyyən edilir və müəyyən sayda məktəblərdə 8-11-ci sinif şagirdləri arasında erkən nikah mövzusunda maarifləndirmə tədbirləri icra edilir: "Komitənin "Ailə və Uşaq" şöbəsi var, onlar mütəmadi olaraq bu işlə məşğuldurlar.
Ekspert rəyi
Gender məsələləri üzrə ekspert Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu vəziyyətlə mübarizə aparmaq üçün uşaqlara qarşı zorakı mühiti aradan qaldırmaq, sağlam mühit yaratmaq lazımdır, bundan başqa valideynlərin münasibəti dəyişməlidir: "Onlar övladlarına münasibətdə həssas olmaldıırlar. Çünki uşaqlarda müəyyən böhran dövrü olur. Valideynlər övladlarına dostcasına yanaşmalıdırlar, çalışmalıdırlar ki onlar problemlərini deyə bilsin. Bundan başqa, şagird-müəllim davranışı da çox önəmlidir. Müəllimlər həm də şagirdlərin bütün davranışlarını izləməlidirlər".
Qeyd edək ki, komitənin açıqladığı məlumatda bildirilir ki, müraciət edən şəxslərdən 246-sı psixoloji, 124-ü fiziki, 44-ü iqtisadi, 15-i cinsi zorakılıqkla bağlı şikayət edilib. Şikayət edənlərin 167 nəfəri partnyoru tərəfindən zorakılığa məruz qalıb.
Xəbər lenti
0