CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölüm ayağında olanları düşünən, PUA-lar yaradan kreativ məktəblilər - FOTO - VİDEO

© Sputnik / Rahim MammadovDronlar
Dronlar - Sputnik Azərbaycan, 1920, 19.02.2023
Abunə olmaq
Onuncu sinif şagirdi olsa da Həsən Quliyev artıq bir şirkət sahibidir, o PUA-larla bağlı bir sıra dövlət qurumları ilə danışıqlar aparır, sərhədçilərimiz və ekologiyamızın təhlükəsizliyi üçün aparatlar yaradır
BAKI, 19 fevral — Sputnik. Dünyanın bir çox ölkələrində startaplar üçün külli miqdarda böyük vəsaitlər yatırılır. "Skype" kimi məhsullar da dünyanın ən böyük startaplarından biri olub. Adambaşına düşən startapların sayına görə Estoniya dünyada ilk yerlərdədir. Dövlətlər də startapların daha da inkişaf etdirilərək biznesə çevrilməsində maraqlıdırlar.
Ötən ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən "Məktəbli startapçılar" adlı layihəyə start verilib. Layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunub.
Startapçılar haqda Sputnik Azərbaycan-a ətraflı məlumat verən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşov bildirir ki, əsas məqsəd kreativ şagirdləri üzə çıxarmaq və onlara lazım olan dəstəyi göstərməkdir:
© Sputnik / Nigar İskenderZaur Balaqadaşov
Zaur Balaqadaşov - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Zaur Balaqadaşov
"Startap şagirdin ideyalarını, düşüncələrini reallaşdıra biləcəyi bir biznes planının hazırlanması deməkdir. İlkin mərhələdə şagirdlərə startap nədir, necə yazılır, biznes planı necə olur, bununla bağlı məlumatları veririk. İdeya ortaya atılır, onun necə reallaşacağı müəyyənləşdirilir, 0-dan bir plan qurulur. Bu biznes plan satıldığı zaman, böyük sərmayəçi bunun üçün maliyyə ayırır. Bununla artıq layihə startap mərhələsindən çıxaraq biznesə çevrilir".
Balaqadaşovun sözlərinə görə, startapçıların əsas özəlliyi digər şagirdlərin görə bilmədiklərini görmək, daha kreativ düşüncə bacarığına sahib olmaqdır:
"Startapçılar, "Startup exit" - yəni satış zamanı tələblər nədir, onu bilməlidir. Bundan əlavə, bir startapçı bilməlidir ki, bu şirkət qurulmuş olsa, onun gəlirləri, riski necə olacaq, necə inkişaf edəcək?!"
Yaş kateoqriyasına gəlincə, həmsöhbətimiz bildirir ki, daha çox 7-ci sinifdən etibarən şagirdlərdə startaplara maraq aşkarlanır:
© Sputnik / Nigar İskenderMəktəblərin birində
Nigarın yazısı - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Məktəblərin birində
"Şagird öncə startapın nə olduğunu başa düşməlidir. Bu səbəbdən də yaş məhdudiyyəti mövcuddur. Startapçılarımızın əsasən elektronika, mühəndislik, proqramlaşdırmaya böyük maraqları var".
Z.Balaqadaşov qeyd edib ki, bu şagirdlər məktəblərdəki 3D printer və digər lazımi avadanlıqlar, ləvazımatlar, mikrosxemlərdən yararlana bilirlər. Startapçılar arasında mükəmməl şəkildə elektriklə çalışa bilən təyyarə modeli hazırlayanlar da var.
Həmsöhbətimiz bildirir ki, startap yalnız fikir, ideyadan da ibarət ola bilər, yaxud bunun üçün bir qurğu, maket də hazırlana bilər:
"Startap hər hansı problemin bir həlli yoludur, yaxud da yeni, tamamilə fərqli ideyadır. Bunun üçün daha fərqli düşüncəyə malik olmaq lazımdır. Bundan başqa, şəxs məhsulunu təqdim etməyi bacarmalıdır, bazarda bənzər məhsul varsa, onun hazırlayacağı qurğu, yaxud ideya daha səmərəli olmalıdır ki, alıcı üçün cəlbedici olsun".
© Sputnik / Nigar İskenderMəktəblərin birində
Nigarın yazısı - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Məktəblərin birində
Ekspert onu da qeyd edib ki, startaplara yeni başladıqları üçün indiki mərhələdə məktəblilərin hazırladığı layihələrin bazara çıxarılması real görünmür.
Onun sözlərinə görə, hazırda Bakı Şəhər Təhsil İdarəsinin 60-dək startapçısı var. Bu şagirdlər arasında ötən il Azərbaycanda keçirilən "Texnofest"də yer tutanlar da var.
Ağıllı zibil qutularının müəllifi
20 nömrəli məktəb-liseyin 8 L sinif şagirdi Musayev Mehdi ağıllı zibil qutuları ilə bağlı startapın müəlllifidir. O, pandemiyanın ən pik vaxtarında virus, mikrob təhlükəsindən necə qorunmaq sualı ətrafında çox düşündükdən sonra belə qənaətə gəlib ki, heç bir təmas olmadan açılan zibil qutuları yaradılmalıdır. Bu zibil qutularını yaxın məsafədən, toxunma olmadan, əl sensoru ilə açmaq mümkündür:
© Sputnik / Nigar İskenderMusayev Mehdi
Musayev Mehdi - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Musayev Mehdi
"Biz bu layihəni "Texnofest" üçün hazırlamışdıq. Maket formasında olan modellərin hər biri 3D printerdən çıxıb. Ağaclar blenderdən, evlər isə "tinkercad"da hazırlanıb. Komanda şəklində işləyərək bu startapı ərsəyə gətirdik. Bu zibil qutusunun hissəciklərinə servomotor, ultrasonik sensor, çip daxildir. Əlimizi ultrasonik sensora yaxınlaşdırdıqda həmin servomotor 180 dərəcə açılır və rahatlıqla zibilimizi atırıq. Yalnız əlimizi uzaqlaşdırdıqda o bağlanır".
Həmsöhbətimiz deyir ki, işğaldan azad olunan ərazilərimizdə də bu layihədən istifadə etməyi planlaşdırır.
Tıxacdan sürətlə keçməyi bacaran "uzun ayaqlı" təcili yardım maşınları
236 nömrəli məktəbin 8-ci sinif şagirdi Səbinə Hüseynzadə ilə 189-190 saylı məktəbin 8-ci sinif şagirdi Fərhad Hüseynli komanda yoldaşlarıdır. Onları ən çox narahat edən məsələ son illərdə ölkədəki tıxacların sayının artması ilə əlaqədar Təcili Tibbi Yardım avtomobillərinin vaxtında mənzil başına yetişə bilməməsi və bunun fonunda ən çox xəstələrin, ölüm ayağında olanların əziyyət çəkməsidir. Bunu nəzərə alan komanda yoldaşları təkərləri açılan, 4 lift konstruksiyası düzəldiblər ki, tıxacda qalan Təcili Tibbi Yardım avtomobillərinin ayaqları açıldıqdan sonra onlar rahatlıqla yüksəkliyə qalxaraq maneəsiz şəkildə hərəkətlərinə davam etsinlər. S.Hüseynzadə deyir ki, bu prototipin hazırlanması üçün onlara cəmi 2 həftə zaman lazım olub.
© Sputnik / Nigar İskenderFərhad Hüseynli
Fərhad Hüseynli - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Fərhad Hüseynli
Ekologiyanın bələdçisi PUA-lar
62 saylı məktəb-liseyin 10-cu sinif şagirdi Həsən Quliyev eyni zamanda "Azastro Texnologiyalar Startap" şirkətinin həmtəsisçisi və əməliyyatlar üzrə direktorudur. Şirkətini 2020-ci ilin avqustunda quran həmtəsisçi məktəbli deyir ki, "Azastro"nun əsas fəaliyyət istiqaməti ölkəmizdəki böyük enerji potensialından ekologiyaya zərər vurmayacaq şəkildə istifadə etməkdir:
© Sputnik / Nigar İskenderHəsən Quliyev
Həsən Quliyev - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Həsən Quliyev
"Bizim PUA-larımız, dronlarımız üzərlərində daşıyacaqları kameralar vasitəsilə havadakı müxtəlif zərərli qazları müəyyənləşdirir. Bu aparatlar müxtəlif neft və enerji şirkətləri üçün faydalı datalar yaradaraq ötürəcək, bununla da bilinəcək ki, hansı hissələrdə texniki nasazlıqlar var. Nəticədə, ölkəmizin istixana qazları ilə kirlənməsinin qarşısı alınacaq, həmçinin enerji potensialımız Avropa stadartlarına cavab vermiş olacaq".
Quliyevin sözlərinə görə, indiyədək "İstikbal" adlanan pilotsuz uçuş aparatlarının 3 prototipini sınaqdan keçiriblər:
© Sputnik / Nigar İskenderMəktəblərin birində
Nigarın yazısı - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Məktəblərin birində
"Sınaqdan keçən bu məhsullar "İstikbal PT1", "İstikbal PT2" və "İstikbal PT3" adlanır. Bu aparatlar həm enerji təhlükəsizliyində, həm də sərhəd pozuntuları, qanunsuz axınların qarşısının alınmasında istifadə oluna bilər. Həmin PUA-lar sərhəddə sərhədçilərimizin gözü ola bilər. Bununla hərbçilərimizin həyatını daha az riksə atmış olarıq. Həmçinin Xəzərdəki sularımızı da təhlükəli axınlardan qorumuş olarıq. Qeyd edim ki, artıq bu startaplarla bağlı dövlət qurumları ilə də görüşlər keçiririk".
Həmsöhbətimiz qeyd edir ki, bir startapı "Sabahlab"da 25 min manat dəyərində qrant qazanıb: "Düşünürük ki, artıq yaz aylarından startaplarımızın satışına başlayacağıq".
30-dan artıq beynəlxalq akkreditasiyaya malik olan Azərbaycanın düşünən beyni eyni zamanda BMT-nin, ABŞ və İngiltərənin aparıcı universitetlərinin də akkreditasiyalarına sahibdir.
Quliyev bildirib ki, adıçəkilən şirkəti qurarkən avtonom hava nəqliyyatını özləri üçün istiqamət seçiblər:
© Sputnik / Nigar İskenderMəktəblərin birində
Nigarın yazısı - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Məktəblərin birində
"Hazırda şirkətin 3 həmtəsisçisi var. Biz artıq prezident təqaüdünə də layiq görülmüşük. İşlərimizə görə Türkiyəyə də dəvət olunuraq investorlarla əlaqələrimizi daha da genişləndirmişik. Məhsulların sonrakı mərhələrini də komanda şəklində həyata keçirməyi düşünürük".
5 manatlıq tozsoran
Digər startapçı, 20 nömrəli məktəbin 10-cu sinif şagirdi Raul Quliyev mini tozsovuran layihəsinin müəllifidir. Bu tozsovuran çətinliklə sovrulan kiçik tullantıları rahatlıqla özünə çəkir:
© Sputnik / Nigar İskenderRaul Quliyev
Raul Quliyev - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Raul Quliyev
"Restoranda xırda qırıqları özünə çəkən kiçik tozsovuran gördükdən sonra onun qiymətini araşdırdım. Bəlli oldu ki, məhsul çox bahadır. Beləcə, plastik butulkadan ümumi xərci 5 manat olan bir tozsovuran yaratdım".
62 nömrəli məktəbin 11-ci sinif şagirdi Nihat Hüseyn isə yaşıdlarından natiqliyi, ingilis dili bilgilərinin daha yüksək olması ilə seçilir. O bunadək müxtəllif müşaviqələrdə yüksək yer qazanıb:
© Sputnik / Nigar İskenderNihat Hüseyn
Nihat Hüseyn - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Nihat Hüseyn
"İngilis dili üzrə beynəlxalq olimpiadada təmsil olunurdum. Final mərhələ Londonda idi. Orada öz həyatıma aid maraqlı bir hekayəni ingilis dilində danışdım, hər kəs ayaq üstdə idi, buna dözə bilməyən dörd erməni salonu tərk etmişdi".
Xəbər lenti
0