Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə müğənni ilə rəqqasənin qazdan zəhərləndikləri ehtimal olunur

© Sputnik / © Sputnik / Elvin AhmadГазовая колонка-пятиминутка, фото из архива
Газовая колонка-пятиминутка, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.02.2023
Abunə olmaq
Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.
BAKI, 19 fevral - Sputnik. Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.
"Report"un məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.
Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0