Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN: Sabirabadda yanğının baş verdiyi pambıq zavodunda təhlükəsizlik tədbirləri görülür

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Sabirabadda pambıq zavodunda güclü yanğın
Sabirabadda pambıq zavodunda güclü yanğın - Sputnik Azərbaycan, 1920, 19.02.2023
Abunə olmaq
Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.
BAKI, 19 fevral - Sputnik. Sabirabadda yanğının baş verdiyi pambıq zavodunda təhlükəsizlik tədbirləri görülür.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.
Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.
19:39
Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsi daha da genişlənib.
“Report”un məlumatına görə, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq emalı zavodunda yanğın hələ də davam edir.
Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib.
Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.
***
Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
Xəbər lenti
0