https://sputnik.az/20230219/cin-dunya-ile-elaqeleri-berpa-etmeye-hazirdir---xn-451932510.html
Çin dünya ilə əlaqələri bərpa etməyə hazırdır - XİN
Çin dünya ilə əlaqələri bərpa etməyə hazırdır - XİN
Sputnik Azərbaycan
Van İ vurğulayıb ki, dünyada baş verən xaos və dəyişikliklər qarşısında Çin və Aİ “dünyada sabitliyi təmin etməkdən ötrü əməkdaşlığı gücləndirməlidirlər”. 19.02.2023, Sputnik Azərbaycan
2023-02-19T19:53+0400
2023-02-19T19:53+0400
2023-02-19T19:54+0400
çin
dünya xəbərləri
xin
ai
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947272_0:0:3078:1731_1920x0_80_0_0_37fefcb57109841fc3a8c476ab2b7536.jpg
BAKI, 19 fevral — Sputnik. Çin pandemiya dövrünü uğurla dəf edib. O, Avropa və bütün dünya ilə əlaqələri hərtərəfli bərpa etməyə hazırdır. Bunu Münhendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə görüşü zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büronun üzvü Van İ deyib. "Çin pandemiya dövründən uğurla çıxıb. O, Avropa və bütün dünya ilə təmasları hərtərəfli bərpa etməyə hazırdır", – Çin Xarici İşlər Nazirliyinin bazar günü dərc etdiyi mesajında onun sözlərindən nümunə gətirilib. Van İnin qeyd etdiyi kimi, tərəflər Çin və Aİ liderləri arasında yeni görüşlərə fəal hazırlaşa, müxtəlif sahələrdə yüksək səviyyəli dialoq mexanizmlərindən tam istifadə edə, pandemiyadan əvvəlki səviyyədə əməkdaşlığı mümkün qədər tez bərpa edə bilərlər. Çin Xarici İşlər Nazirliyinin mesajında qeyd edildiyi kimi, görüş zamanı tərəflər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. "Ukraynadakı böhrandan danışan Van İ vurğulayıb ki, Çin tərəfi sülh və danışıqların təşviqinə qətiyyətlə sadiqdir, Avropa tərəfi ilə əməkdaşlığı gücləndirməyə və davamlı olaraq siyasi həll yolu axtarmağa hazırdır", - deyə sənəddə qeyd olunub. Van İ onu da vurğulayıb ki, dünyada baş verən xaos və dəyişikliklər qarşısında Çin və Aİ “dünyada sabitliyi təmin etməkdən ötrü əməkdaşlığı gücləndirməlidirlər”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947272_244:0:2975:2048_1920x0_80_0_0_4404fa458c6bea0d71d3c146a11f5a6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, xin, ai, avropa ittifaqı
çin, xin, ai, avropa ittifaqı
Çin dünya ilə əlaqələri bərpa etməyə hazırdır - XİN
19:53 19.02.2023 (Yenilənib: 19:54 19.02.2023) Van İ vurğulayıb ki, dünyada baş verən xaos və dəyişikliklər qarşısında Çin və Aİ “dünyada sabitliyi təmin etməkdən ötrü əməkdaşlığı gücləndirməlidirlər”.
BAKI, 19 fevral — Sputnik. Çin pandemiya dövrünü uğurla dəf edib. O, Avropa və bütün dünya ilə əlaqələri hərtərəfli bərpa etməyə hazırdır.
Bunu Münhendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə görüşü zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büronun üzvü Van İ deyib.
"Çin pandemiya dövründən uğurla çıxıb. O, Avropa və bütün dünya ilə təmasları hərtərəfli bərpa etməyə hazırdır", – Çin Xarici İşlər Nazirliyinin bazar günü dərc etdiyi mesajında onun sözlərindən nümunə gətirilib.
Van İnin qeyd etdiyi kimi, tərəflər Çin və Aİ liderləri arasında yeni görüşlərə fəal hazırlaşa, müxtəlif sahələrdə yüksək səviyyəli dialoq mexanizmlərindən tam istifadə edə, pandemiyadan əvvəlki səviyyədə əməkdaşlığı mümkün qədər tez bərpa edə bilərlər.
Çin Xarici İşlər Nazirliyinin mesajında qeyd edildiyi kimi, görüş zamanı tərəflər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. "Ukraynadakı böhrandan danışan Van İ vurğulayıb ki, Çin tərəfi sülh və danışıqların təşviqinə qətiyyətlə sadiqdir, Avropa tərəfi ilə əməkdaşlığı gücləndirməyə və davamlı olaraq siyasi həll yolu axtarmağa hazırdır", - deyə sənəddə qeyd olunub.
Van İ onu da vurğulayıb ki, dünyada baş verən xaos və dəyişikliklər qarşısında Çin və Aİ “dünyada sabitliyi təmin etməkdən ötrü əməkdaşlığı gücləndirməlidirlər”.