https://sputnik.az/20230219/baydenin-sehheti-ile-bagli-heqiqet-gizledilir---hekim-451925517.html
Baydenin səhhəti ilə bağlı həqiqət gizlədilir - Həkim
Baydenin səhhəti ilə bağlı həqiqət gizlədilir - Həkim
Sputnik Azərbaycan
Amerikalılar Baydenin yaşı və zehni qabiliyyətlərindən o qədər narahatdırlar ki, onu 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi görmək istəmirlər. 19.02.2023, Sputnik Azərbaycan
2023-02-19T16:39+0400
2023-02-19T16:39+0400
2023-02-19T16:39+0400
dünya xəbərləri
abş prezidenti cozef bayden
co bayden
həkim
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/10/448632461_0:0:3073:1728_1920x0_80_0_0_b69011f5a9d6c3e703c42f56f2f3f31c.jpg
BAKI, 19 fevral — Sputnik. Amerika hakimiyyəti ABŞ Prezidenti Co Baydenin səhhətinin vəziyyəti ilə bağlı həqiqəti gizlədir. Bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson söyləyir. “Fox News” telekanalına müsahibəsində o, Amerika liderinin səhhəti ilə bağlı məlumatları “gizlətməyə” son qoymağa çağırıb. Onun sözlərinə görə, ölkənin bir çox sakinləri Baydenin psixi sağlamlığının tamamilə tənəzzülə uğradığını görürlər. Keçmiş həkim hesab edir ki, ölkənin hazırkı liderinin səhhəti ilə bağlı əvvəllər dərc olunmuş hesabat “bir daha təsdiqləyir ki, bu administrasiya həqiqəti gizlətməkdə israrlıdır”. "Ağ Evə Baydendən idrak testindən keçməsini və nəticələrin ictimaiyyətə açıqlanmasını tələb edən üç məktub göndərdiyimi nəzərə alsaq, bu, narahatedicidir, lakin həmin məktublarımın heç birinə məhəl qoyulmur", - deyə o, bildirib. Xatırladaq ki, daha əvvəl Ağ Evdə Baydenin planlı illik tibbi müayinədən keçdiyini bildiriblər. Hesabatda deyilib ki, ABŞ lideri “80 yaşlı enerjili kişi” olaraq qalır. Bundan əvvəl jurnalist Harrison Kass yazmışdı ki, amerikalılar Baydenin yaşı və zehni qabiliyyətlərindən o qədər narahatdırlar ki, onu 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi görmək istəmirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/10/448632461_148:0:2879:2048_1920x0_80_0_0_bfbc7b242b22973698651d72b3c810e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş prezidenti cozef bayden, co bayden, həkim
abş prezidenti cozef bayden, co bayden, həkim
Baydenin səhhəti ilə bağlı həqiqət gizlədilir - Həkim
Amerikalılar Baydenin yaşı və zehni qabiliyyətlərindən o qədər narahatdırlar ki, onu 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi görmək istəmirlər.
BAKI, 19 fevral — Sputnik. Amerika hakimiyyəti ABŞ Prezidenti Co Baydenin səhhətinin vəziyyəti ilə bağlı həqiqəti gizlədir.
Bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson söyləyir.
“Fox News” telekanalına müsahibəsində o, Amerika liderinin səhhəti ilə bağlı məlumatları “gizlətməyə” son qoymağa çağırıb. Onun sözlərinə görə, ölkənin bir çox sakinləri Baydenin psixi sağlamlığının tamamilə tənəzzülə uğradığını görürlər.
Keçmiş həkim hesab edir ki, ölkənin hazırkı liderinin səhhəti ilə bağlı əvvəllər dərc olunmuş hesabat “bir daha təsdiqləyir ki, bu administrasiya həqiqəti gizlətməkdə israrlıdır”.
"Ağ Evə Baydendən idrak testindən keçməsini və nəticələrin ictimaiyyətə açıqlanmasını tələb edən üç məktub göndərdiyimi nəzərə alsaq, bu, narahatedicidir, lakin həmin məktublarımın heç birinə məhəl qoyulmur", - deyə o, bildirib.
Xatırladaq ki, daha əvvəl Ağ Evdə Baydenin planlı illik tibbi müayinədən keçdiyini bildiriblər. Hesabatda deyilib ki, ABŞ lideri “80 yaşlı enerjili kişi” olaraq qalır.
Bundan əvvəl jurnalist Harrison Kass yazmışdı ki, amerikalılar Baydenin yaşı və zehni qabiliyyətlərindən o qədər narahatdırlar ki, onu 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi görmək istəmirlər.