https://sputnik.az/20230219/azerbaycan-rusiya-iqtisadi-ticaret-elaqelerinin-genislendirilmesi-muzakire-olunub-451919289.html
Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Sputnik Azərbaycan
Azərbaycan nümayəndə heyəti Rusiyada səfərdədir. 19.02.2023, Sputnik Azərbaycan
2023-02-19T11:28+0400
2023-02-19T11:28+0400
2023-02-19T11:36+0400
rusiya
iqtisadiyyat
azərbaycan
əlaqə
əlaqələr
müzakirə
tatarıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442675687_0:0:2818:1586_1920x0_80_0_0_015648638499faa6400b82d38aa52667.jpg
BAKI, 19 fevral - Sputnik. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. Nazirlikdən bildirilib ki, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub. Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub. Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb. Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq IT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “Ağıllı şəhər” konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442675687_47:0:2778:2048_1920x0_80_0_0_40423a056921399cce24394a2f3bfe0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan, əlaqə, əlaqələr, müzakirə, tatarıstan
rusiya, azərbaycan, əlaqə, əlaqələr, müzakirə, tatarıstan
Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi müzakirə olunub
11:28 19.02.2023 (Yenilənib: 11:36 19.02.2023) Azərbaycan nümayəndə heyəti Rusiyada səfərdədir.
BAKI, 19 fevral - Sputnik. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
Nazirlikdən bildirilib ki, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub. Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub.
Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.
Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq IT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “Ağıllı şəhər” konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.