https://sputnik.az/20230219/avropa-qafqaz-asiya-dehlizinin-azerbaycan-hissesinde-dasinan-yuklerin-hecmi-artib-451923803.html
Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi artıb
Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi artıb
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub. 19.02.2023, Sputnik Azərbaycan
2023-02-19T14:06+0400
2023-02-19T14:06+0400
2023-02-19T14:06+0400
iqtisadiyyat
yük
daşınma
nəqliyyat
dəhliz
azərbaycan
avropa
asiya
qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_0:160:3072:1888_1920x0_80_0_0_b9fc6ed7315a621a470ba3184fbfd45f.jpg
BAKI, 19 fevral - Sputnik. 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub. Yüklərin 27966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13634,6 min tonunu tranzit yüklər təşkil edib. “Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramı (TRACECA) Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib. TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441874238_171:0:2902:2048_1920x0_80_0_0_18144e78482c61403902db5b5bf91611.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yük, daşınma, nəqliyyat, dəhliz, azərbaycan, avropa, asiya, qafqaz
yük, daşınma, nəqliyyat, dəhliz, azərbaycan, avropa, asiya, qafqaz
Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi artıb
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub.
BAKI, 19 fevral - Sputnik. 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub.
Yüklərin 27966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13634,6 min tonunu tranzit yüklər təşkil edib.
“Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramı (TRACECA)
Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.
TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.
7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.