https://sputnik.az/20230218/teyyareye-bilet-ala-bilmediler---xaricde-oxuyan-telebelere-niye-guzest-edilmir-451872587.html
Təyyarəyə bilet ala bilmədilər - Xaricdə oxuyan tələbələrə niyə güzəşt edilmir?
Təyyarəyə bilet ala bilmədilər - Xaricdə oxuyan tələbələrə niyə güzəşt edilmir?
Sputnik Azərbaycan
Millət vəkili Vüqar Bayramov ən azı Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılmalı olduğunu deyib. 18.02.2023, Sputnik Azərbaycan
2023-02-18T10:01+0400
2023-02-18T10:01+0400
2023-02-18T10:01+0400
təyyarə
cəmiyyət
azal
bilet
türkiyə
tələbə
https://cdnn1.img.sputnik.az/img/42311/79/423117944_0:375:2000:1500_1920x0_80_0_0_dc4b0a4c07e02bd80eb21e3fec3f078b.jpg
BAKI, 18 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələ zamanı azərbaycanlı tələbələrin tətil müddətində o ölkədə qalmasının əsas səbəbi kimi təyyarə biletlərinin baha olması göstərildi. Zəlzələdə həlak olan tələbələrin valideynləri də mətbuata açıqlamalarında təyyarə biletləri baha olduğundan tələbə övladlarının tətil müddətində Vətənə gələ bilmədiklərini söyləyib. Tətil müddətində bilet almağa maddi imkanı çatmayan tələbələrin nəşini isə onlar dağıntılar altında qalaraq həyatlarını itirdikdən sonra AZAL Vətənə pulsuz gətirdi.Məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib ki, təyyarə biletlərində güzəştlər vacibdir. Onun sözlərinə görə, Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var. Qırx bir mindən çox tələbənin problemi Qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır. Amma xaricdə təhsil alanların sayı təkcə Türkiyədə təhsil alanlarla məhdudlaşmır. Hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır. "Ən azı tələbələrə güzəştlər olunmalıdır"Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan tələbələrə bilet pullarında güzəştlər tətbiq edilməlidir:Millət vəkili Vüqar Bayramov isə ən azı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılmalı olduğunu bildirib. Deputat deyir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçib:Onun sözlərinə görə, bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan yalnız Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdirlər:"Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə Azərbaycanlı tələbələrinin quru sərhəddən istifadəyə icazə verilməsi onların Vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olar".V.Bayramov onu da vurğulayıb ki, xaricdə təhsil alan bütün tələbələrə bilet qiymətlərində endirim tətbiq olunmalıdır. AZAL-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavab veriləcəyini bildirdilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42311/79/423117944_0:0:2000:1500_1920x0_80_0_0_13a45c80fc961d2efab792a0e2dd6b45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təyyarə, azal, bilet, türkiyə, tələbə
təyyarə, azal, bilet, türkiyə, tələbə
Təyyarəyə bilet ala bilmədilər - Xaricdə oxuyan tələbələrə niyə güzəşt edilmir?
Millət vəkili Vüqar Bayramov ən azı Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılmalı olduğunu deyib.
BAKI, 18 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələ zamanı azərbaycanlı tələbələrin tətil müddətində o ölkədə qalmasının əsas səbəbi kimi təyyarə biletlərinin baha olması göstərildi. Zəlzələdə həlak olan tələbələrin valideynləri də mətbuata açıqlamalarında təyyarə biletləri baha olduğundan tələbə övladlarının tətil müddətində Vətənə gələ bilmədiklərini söyləyib. Tətil müddətində bilet almağa maddi imkanı çatmayan tələbələrin nəşini isə onlar dağıntılar altında qalaraq həyatlarını itirdikdən sonra AZAL Vətənə pulsuz gətirdi.
Məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib ki, təyyarə biletlərində güzəştlər vacibdir. Onun sözlərinə görə, Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var.
"Təyyarə biletlərinin baha olması səbəbindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin geri qayıtmasında çətinliklər yaşanır. Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır", - deyə deputat əlavə edib.
Qırx bir mindən çox tələbənin problemi
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır. Amma xaricdə təhsil alanların sayı təkcə Türkiyədə təhsil alanlarla məhdudlaşmır. Hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır.
"Ən azı tələbələrə güzəştlər olunmalıdır"
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan tələbələrə bilet pullarında güzəştlər tətbiq edilməlidir:
"Tələbələrin qazanc yeri yoxdur. Onlar xaricə təhsil üçün gedirlər. Biz də çalışmalıyıq ki, xaricə təhsil üçün gedən gənclərə dəstək olaq. AZAL ən azı Türkiyə istiqamətinə bilet qiymətlərini endirməlidir. Türkiyə hökuməti, “Türk Hava Yolları” zəlzələ baş vermiş ərazidə ciddi şəkildə qiymətlərdə endirim etdi. Hesab edirəm ki, "Azərbaycan Hava Yolları" da bu istiqamətdə mütləq şəkildə addım atmalı, qiymətləri ciddi şəkildə aşağı salmalıdır. Quru sərhədlər mütləq açılmalıdır".
Millət vəkili Vüqar Bayramov isə ən azı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılmalı olduğunu bildirib. Deputat deyir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçib:
"Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq, həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir. Təyyarə biletlərinin baha olduğunu nəzərə alsaq, tələbələrin çoxunun quru sərhədləri vasitəsilə vətəninə qayıtmağa üstünlük vermək istəyi anlaşılandır".
Onun sözlərinə görə, bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan yalnız Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdirlər:
"Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə Azərbaycanlı tələbələrinin quru sərhəddən istifadəyə icazə verilməsi onların Vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olar".
V.Bayramov onu da vurğulayıb ki, xaricdə təhsil alan bütün tələbələrə bilet qiymətlərində endirim tətbiq olunmalıdır.
AZAL-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavab veriləcəyini bildirdilər.