https://sputnik.az/20230218/seferberlik-teminat-bazasinda-komanda-qerargah-telimi-kecirilib---vdeo-451896834.html
Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib - VİDEO
Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib - VİDEO
Sputnik Azərbaycan
Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin olunması fəaliyyətləri imitasiya edilib... 18.02.2023, Sputnik Azərbaycan
2023-02-18T10:27+0400
2023-02-18T10:27+0400
2023-02-18T10:48+0400
hərbi
müdafiə nazirliyi
səfərbərlik
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448430196_0:27:1000:590_1920x0_80_0_0_29b2a88ba598aeeacca7b4b3bd816628.jpg
BAKI, 18 fevral - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib. Təlimin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduqda çağırılacaq hərbi vəzifəlilərin toplanış məntəqəsində qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslara uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini, çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməkdir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin olunması fəaliyyətləri imitasiya edilib, qarşıda duran bütün vəzifələrin icrası xəritə üzərində dəqiqləşdirilərək komandirlərin məruzələri hazırlanıb. Səfərbərlik təminat bazasına gələn Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və digər rəhbər heyət təlimin gedişini izləyiblər. Toplanış məntəqəsinin qərargahında keçirilən brifinqdə iştirak edən general-leytenant Ə. Əfəndiyev hərbi vəzifəlilərin müvafiq qeydiyyatının aparılması, həkim müayinəsindən keçirilməsi, zəruri təminat növləri ilə təmin olunması, eləcə də digər tapşırıqların operativ icrası ilə bağlı qəbul edilən qərarlara dair məruzələri dinləyib. Daha sonra bazada yeməkxana və yataqxanaların vəziyyəti, həmçinin tibb xidmətinin təşkili ilə maraqlanan nazir müavini aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448430196_89:0:912:617_1920x0_80_0_0_1fb133ec335a42b634f8fb3b877443e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, səfərbərlik
müdafiə nazirliyi, səfərbərlik
Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib - VİDEO
10:27 18.02.2023 (Yenilənib: 10:48 18.02.2023) Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin olunması fəaliyyətləri imitasiya edilib, qarşıda duran bütün vəzifələrin icrası xəritə üzərində dəqiqləşdirilərək komandirlərin məruzələri hazırlanıb.
BAKI, 18 fevral - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.
Təlimin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduqda çağırılacaq hərbi vəzifəlilərin toplanış məntəqəsində qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslara uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini, çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməkdir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin olunması fəaliyyətləri imitasiya edilib, qarşıda duran bütün vəzifələrin icrası xəritə üzərində dəqiqləşdirilərək komandirlərin məruzələri hazırlanıb.
Səfərbərlik təminat bazasına gələn Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və digər rəhbər heyət təlimin gedişini izləyiblər.
Toplanış məntəqəsinin qərargahında keçirilən brifinqdə iştirak edən general-leytenant Ə. Əfəndiyev hərbi vəzifəlilərin müvafiq qeydiyyatının aparılması, həkim müayinəsindən keçirilməsi, zəruri təminat növləri ilə təmin olunması, eləcə də digər tapşırıqların operativ icrası ilə bağlı qəbul edilən qərarlara dair məruzələri dinləyib.
Daha sonra bazada yeməkxana və yataqxanaların vəziyyəti, həmçinin tibb xidmətinin təşkili ilə maraqlanan nazir müavini aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.