Sabahın havası meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

© Sputnik / Ilham MustafayevAğstafa rayonunda Qaltan dərəsi
Ağstafa rayonunda Qaltan dərəsi - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
BAKI, 18 fevral - Sputnik. Fevralın 19-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, fevralın 19-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.
“Şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var”, - məlumatda deyilir.
Xəbər lenti
0