https://sputnik.az/20230218/neft-keskin-ucuzlasdi-451899341.html
Neft kəskin ucuzlaşdı
Neft kəskin ucuzlaşdı
Sputnik Azərbaycan
Qlobal iqtisadi tənəzzül və Çində iqtisadi canlanmanın dayanacağı ilə bağlı narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb. 18.02.2023, Sputnik Azərbaycan
2023-02-18T15:09+0400
2023-02-18T15:09+0400
2023-02-18T15:09+0400
neft
neft-qaz
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242654_0:160:3072:1888_1920x0_80_0_0_3ff4c87854c00f3e46069ae2232c4b9e.jpg
BAKI, 18 fevral - Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında “Brent” markalı neftin qiyməti 2,14 dollar azalaraq 83 dollar olub. Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 2,15 dollar ucuzlaşaraq 76,34 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti 2,14 dollar azalaraq 85,34 dollar olub. Qeyd edək ki, qlobal iqtisadi tənəzzül və Çində iqtisadi canlanmanın dayanacağı ilə bağlı narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb. Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti azalıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (Britaniya termal vahidi) üçün 0,11 ABŞ dolları və ya 4,77 faiz ucuzlaşaraq 2,28 dollar təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242654_171:0:2902:2048_1920x0_80_0_0_99c52dd7b3c2bf91cbc8374da4a78caf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, neft qiymətləri
Neft kəskin ucuzlaşdı
Qlobal iqtisadi tənəzzül və Çində iqtisadi canlanmanın dayanacağı ilə bağlı narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb.
BAKI, 18 fevral - Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında “Brent” markalı neftin qiyməti 2,14 dollar azalaraq 83 dollar olub. Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 2,15 dollar ucuzlaşaraq 76,34 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 2,14 dollar azalaraq 85,34 dollar olub.
Qeyd edək ki, qlobal iqtisadi tənəzzül və Çində iqtisadi canlanmanın dayanacağı ilə bağlı narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb.
Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti azalıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (Britaniya termal vahidi) üçün 0,11 ABŞ dolları və ya 4,77 faiz ucuzlaşaraq 2,28 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.