DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Münhendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

© AP Photo / Christophe EnaКамала Харрис, фото из архива
Камала Харрис, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.
BAKI, 18 fevral - Sputnik. Münhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaste”r hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti Cennifer Ceykobs tviterdə yazıb.
“Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq”, - deyə, o bildirib.
Onun sözlərinə görə, artıq K. Harris hərbi təyyarə ilə ABŞ-a yola düşüb.
Münhenə səfərində onu müşayiət edən ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.
Xəbər lenti
0