https://sputnik.az/20230218/eve-basqin-eden-qohumlar-saxlanildi-451897738.html
Evə basqın edən qohumlar saxlanıldı
Evə basqın edən qohumlar saxlanıldı
Sputnik Azərbaycan
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb 18.02.2023, Sputnik Azərbaycan
2023-02-18T11:36+0400
2023-02-18T11:36+0400
2023-02-18T11:36+0400
hadisə
ucar
basqın
cinayət
saxlanılma
cinayət hadisəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 18 fevral - Sputnik. Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7000 manat pulu aparması barədə məlumat daxil olub.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar.Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, hadisə zamanı zərərçəkənin onları tanımaması üçün qara maska geyindiklərini, daha sonra onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan pulları apardıqlarını bildiriblər.Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ucar, basqın, cinayət, saxlanılma, cinayət hadisəsi
ucar, basqın, cinayət, saxlanılma, cinayət hadisəsi
Evə basqın edən qohumlar saxlanıldı
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb
BAKI, 18 fevral - Sputnik. Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7000 manat pulu aparması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, hadisə zamanı zərərçəkənin onları tanımaması üçün qara maska geyindiklərini, daha sonra onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan pulları apardıqlarını bildiriblər.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.