https://sputnik.az/20230218/emek-pensiyalarinin-yeniden-hesablanmasi-qaydasi-deyisib-451907007.html
Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib
Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib
Sputnik Azərbaycan
Hazırki qanunvericiliyə əsasən yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılırdı. 18.02.2023, Sputnik Azərbaycan
2023-02-18T17:39+0400
2023-02-18T17:39+0400
2023-02-18T17:39+0400
cəmiyyət
pensiya
əmək pensiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933087_0:0:1920:1080_1920x0_80_0_0_13de92b0b9f1c2b5f51ff83f8cfd4705.jpg
BAKI, 18 fevral - Sputnik. Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib.Bununla bağlı Baş nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.Əlavə edilən yeni yarımbəndlərlərə əsasən, qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə və qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da əmək pensiyaları yenidən hesablanacaq.Yeni qərara əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi şəhid ailə üzvlərinə münasibətdə yeni növ pensiya təyinatı ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanacaq.Xatırladaq ki, hazırki qanunvericiliyə əsasən yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılırdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933087_240:0:1680:1080_1920x0_80_0_0_8309b2792a412795333cc1cfcc3a0478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, əmək pensiyası
Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib
Hazırki qanunvericiliyə əsasən yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılırdı.
BAKI, 18 fevral - Sputnik. Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.
Əlavə edilən yeni yarımbəndlərlərə əsasən, qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə və qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da əmək pensiyaları yenidən hesablanacaq.
Yeni qərara əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi şəhid ailə üzvlərinə münasibətdə yeni növ pensiya təyinatı ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanacaq.
Xatırladaq ki, hazırki qanunvericiliyə əsasən yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılırdı.