https://sputnik.az/20230218/azerbaycan-prezidenti-biz-subut-etdik-ki-munaqise-dondurulmayib-451910982.html
Azərbaycan Prezidenti: "Biz sübut etdik ki, münaqişə dondurulmayıb"
Azərbaycan Prezidenti: "Biz sübut etdik ki, münaqişə dondurulmayıb"
Sputnik Azərbaycan
Prezidentin sözlərinə görə, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilməyib. 18.02.2023, Sputnik Azərbaycan
2023-02-18T23:37+0400
2023-02-18T23:37+0400
2023-02-18T23:37+0400
azərbaycan xəbərləri
qarabağ
prezident ilham əliyev
münaqişə
qarabağ münaqişəsi
dağlıq qarabağ münaqişəsi
çıxış
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424731111_0:0:1769:995_1920x0_80_0_0_fda01b0857a4a2fd2706f117c6c2d4b2.jpg
BAKI, 18 fevral - Sputnik. Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir.Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib.Dövlət başçısı deyib: “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi, Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur”.“Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”, - deyə İlham Əliyev bildirib.Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”.Prezidentin sözlərinə görə, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi.“Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb... Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.Azərbaycan Prezidenti deyib: “Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq”.
https://sputnik.az/20230218/prezident-lham-eliyev-azerbaycan-telekanallarina-musahibe-verib-451910728.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424731111_23:0:1746:1292_1920x0_80_0_0_b1339f590ddabeb5b764e30658340a07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, prezident ilham əliyev, münaqişə, qarabağ münaqişəsi, dağlıq qarabağ münaqişəsi, çıxış
qarabağ, prezident ilham əliyev, münaqişə, qarabağ münaqişəsi, dağlıq qarabağ münaqişəsi, çıxış
Azərbaycan Prezidenti: "Biz sübut etdik ki, münaqişə dondurulmayıb"
Prezidentin sözlərinə görə, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilməyib.
BAKI, 18 fevral - Sputnik. Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib.
Dövlət başçısı deyib: “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi, Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur”.
“Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”, - deyə İlham Əliyev bildirib.
Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”.
Prezidentin sözlərinə görə, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi.
“Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb... Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti deyib: “Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq”.