CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda hava dəyişkən buludlu olacaq - Hava proqnozu

© Sputnik / Anar MustafayevBakıda buludlu hava
Bakıda buludlu hava - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə duman olacaq, Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
BAKI, 18 fevral — Sputnik. Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən cənub küləyi əsəcək.
Havanın temperaturu 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 9-14° isti, dağlarda 0-5° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
Xəbər lenti
0