https://sputnik.az/20230217/socar-petroleumun-yanacaqdoldurma-menteqelerinde-monitorinq-aparilib-451856102.html
"SOCAR Petroleum"un yanacaqdoldurma məntəqələrində monitorinq aparılıb
"SOCAR Petroleum"un yanacaqdoldurma məntəqələrində monitorinq aparılıb
Sputnik Azərbaycan
İnzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir. 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T11:16+0400
2023-02-17T11:16+0400
2023-02-17T12:37+0400
socar
neft-qaz
yanacaqdoldurma məntəqəsi
yoxlama
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/42432/80/424328053_0:184:1848:1224_1920x0_80_0_0_d5ea78508a343c8c0d02c3e677b057d4.jpg
BAKI, 17 fevral — Sputnik. "SOCAR Petroleum" QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması məqsədilə Bakı, Sumqayıt və Abşeron ərazilərində yanacağın və maye qazın satışını həyata keçirən "SOCAR Petroleum" QSC-yə məxsus 32 yanacaqdoldurma məntəqəsində, habelə neft bazalarında monitorinqlər aparıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dövlət xidməti tərəfindən qeyd olunan YDM-lər və neft bazalarında istifadə olunan 1992 sayda ölçmə vasitəsi (yanacaq paylayıcı kolonka, yanacaq çəni, ölçü qabı və s.) müəyyən edilib. Hazırda həmin ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində tədbirlər davam etdirilir: Bildirilir ki, təsərrüfat subyektləri tərəfindən yoxlamaya təqdim edilməmiş ölçü cihaz və avadanlıqlarından istifadə inzibati məsuliyyətə səbəb ola bilər."Ümumilikdə qeyd edilən inzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir. İstehlakçılar yanacaqdoldurma və maye qazdoldurma məntəqələrində istifadə olunan ölçü cihaz və avadanlıqların üzərinə vurulmuş yoxlama nişanı və eləcə də, yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər", - deyə məlumatda bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/80/424328053_216:0:1848:1224_1920x0_80_0_0_97af57ede4e2f660c4a4d48037291989.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
socar, yanacaqdoldurma məntəqəsi, yoxlama, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
socar, yanacaqdoldurma məntəqəsi, yoxlama, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
"SOCAR Petroleum"un yanacaqdoldurma məntəqələrində monitorinq aparılıb
11:16 17.02.2023 (Yenilənib: 12:37 17.02.2023) İnzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir.
BAKI, 17 fevral — Sputnik. "SOCAR Petroleum" QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması məqsədilə Bakı, Sumqayıt və Abşeron ərazilərində yanacağın və maye qazın satışını həyata keçirən "SOCAR Petroleum" QSC-yə məxsus 32 yanacaqdoldurma məntəqəsində, habelə neft bazalarında monitorinqlər aparıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dövlət xidməti tərəfindən qeyd olunan YDM-lər və neft bazalarında istifadə olunan 1992 sayda ölçmə vasitəsi (yanacaq paylayıcı kolonka, yanacaq çəni, ölçü qabı və s.) müəyyən edilib. Hazırda həmin ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində tədbirlər davam etdirilir:
"Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçmə vasitələri, habelə maye qazdoldurma məntəqələrində avtonəqliyyat vasitələrinə qaz doldurulmasında tətbiq edilən qaz həcmi və kütləsinin ölçmə vasitələrinin yoxlamaya təqdim edilmədən istifadəsi qadağandır".
Bildirilir ki, təsərrüfat subyektləri tərəfindən yoxlamaya təqdim edilməmiş ölçü cihaz və avadanlıqlarından istifadə inzibati məsuliyyətə səbəb ola bilər.
"Ümumilikdə qeyd edilən inzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir. İstehlakçılar yanacaqdoldurma və maye qazdoldurma məntəqələrində istifadə olunan ölçü cihaz və avadanlıqların üzərinə vurulmuş yoxlama nişanı və eləcə də, yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.